Icma.az
close
up
RU
Qarabağın faciə qurbanları erməni hərbçilərini ittiham edirlər

Qarabağın faciə qurbanları erməni hərbçilərini ittiham edirlər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dünən davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə zərərçəkmiş şəxs Səadət Qarayeva 16 yaşında doğmKəlbəcər rayonundan məcburi köçkün düşdüyünü deyib. Həmin vaxt doğmaları şəhid olub. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu deyib. Zərərçəkmiş Ürüzə Vəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı özünün, həyat yoldaşının və digər doğmalarının girov götürüldüyünü bildirib. Həmin vaxt baldızı Vəliyeva Sürəyya Cavad qızı itkin düşüb, hələ də tapılmayıb. 1992-ci il fevralın 16-dan 17-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndində iki qardaşı girov götürülüb. 14 yaşlı qardaşının taleyindən hələ də xəbər yoxdur.

Rəşad İsmayılov 1993-cü il oktyabrın 23-də 16 yaşında olarkən Cəbrayıl rayonunun Mehdili kəndində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü deyib. Yaşar Abbasov 1992-ci il sentyabrın 2-də Ağdərə istiqamətində döyüşlər zamanı qarşı tərəfdən açılan atəş nəticəsində sağ ayağından yaralandığını bildirib. Balay Nəsibov 1994-cü ilin yanvar ayında Murovdağda yaralandığını bildirib. Təqsirləndirilən şəxs Davit İşxanyan deyib ki, həmin vaxt Monte Melkonyanın tabeçiliyində tabor komandiri olub.

Yasin Abbasov bildirib ki, əmisi oğlu Kəlbəcərdə şəhid olub. Natik Alıyev 1993-cü il martın 27-də Kəlbəcərdən məcburi köçkün düşdüyünü deyib. Qismət Allahverdiyev düşmənin Kəlbəcərə hücumu zamanı orada 80-100 yaş arasında 4 nəfəri girov götürdüklərini, onların sonrakı taleyindən indiyədək xəbər olmadığını bildirib. Səyavuş Bəndəliyev 1993-cü ildə yaralandığını bildirib. Firuz Dadaşov Laçın rayonunun Narışlar kəndi istiqamətində mina partlaması nəticəsində yaralandığını deyib.

Natiq Əhmədov 1993-cü ilin martında Ağdamın Xıdırlı kəndində qəlpə yarası aldığını söyləyib. Asif İbrahimov 1991-ci ildə Tərtərdən Ağdərə istiqamətinə gedən avtomobilin atəşə tutulması nəticəsində 5 güllə və 6 qəlpə yarası aldığını bildirib. Mikayıl Rzayev bildirib ki, Kəlbəcərin işğalı zamanı anası həlak olub. Qalib Məmmədov 1992-ci il aprelin 8-də Ağdaban faciəsi zamanı gördüklərini təsvir edib: “Əvvəlcə Əbdül kişinin meyitini gördük. Bəkir Qocayev, Zeynəb Qocayeva və başqaları, ümumilikdə 32 nəfər vəhşicəsinə qətlə yetirilmişdi. 16 yaşlı qardaşımı da öldürmüşdülər, elə günə qoymuşdular ki, paltarından tanıdım”. O özü isə iki dəfə yaralanıb.

Vüqar İsayev, Zöhrab Kərimov, Bakir Ələsgərov, Nazim Rzayev, Qoşqar Tağıyev, İlqar Vəliyev, Aslan Xəlilov, Şəmiddin Xəlilov, Adil Hüseynov və Rafiq Əkbərov Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini, müxtəlif zərərlər çəkdiklərini bildiriblər.

Nadir Əkbərov, Pərviz Əliyev, Ramiz Əliyev, Qorxmaz Əsədov, Dadaş Hacıyev, Habil İbrahimov, Xaliq İbrahimov, Habil İmaməliyev, Hikmət Mayılov, Səyyaf Muxtarov, Habil Quliyev, Akif Kərimov, Elşən Zamanov, Famil Yusibov, Mail Adilov, Rasim Adilov, Malik Əliyev, Furuz Məmmədov, Radim Mamedov, Niyazi Nazarov Ermənistan silahlı qüvvələrinə qarşı müxtəlif istiqamətlərdə döyüşdüklərini, yaralandıqlarını bildiriblər. Onlardan bəziləri iki, hətta üç dəfə yaralanıb, sonra yenidən döyüşlərdə iştirak ediblər.

Ruslan Mirzəliyev 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində yaralandığını bildirib. Onun atası Vahidcan Mirzəliyev isə 1992-ci il oktyabrın 2-də Xocavənd rayonunda şəhid olub.

Qardaşxan Adıgözəlov, Rasim Ələkbərov, Fuad Həsənov, Ağalar Əsədov, Mahir Ramazanov, Röyal Əhmədov ifadələrində 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.

Taleh Qasımov, İlyas Əhmədov, Arzu İbrahimov, Həmid Musayev, Emin Sərdarov, Cavad Mahmudov, Sarvan Məmmədov müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları, hücumları nəticəsində zərər çəkdiklərini deyiblər. Əfqan Səfərəliyev 1997-ci ildə əsir götürüldüyünü, 2 il ona dəhşətli işgəncələr verildiyini deyib.

Elnur Həsənov bildirib ki, 2022-ci il aprelin 9-da Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər alıb.

Mədət Mənaflı 2021-ci il noyabrın 16-da Laçında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralandığını deyib.

Şirin İsmayılov 3 il əsirlikdə olarkən ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalıb. Cavanşir Sarıyev isə 1 il sirlikdə pis rəftara, dəhşətli işgəncələrə məruz qalıb. Kamil Allahverdiyev də 5 əsirlikdə dəhşətli işgəncələrə məruz qalıb. Zərərçəkmiş atasının da şəhid olduğunu söyləyib. Hikmət Quluyev deyib ki, 1993-cü ildə Kəlbəcərdə “Tunel” adlandırılan ərazidə girov götürülüb. 

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən David Manukyanın, David Babayanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 15-də davam etdiriləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri