Icma.az
close
up
RU
Erməni təcavüzünün qurbanları

Erməni təcavüzünün qurbanları

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması əsas vəzifələr sırasındadır

Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı  dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.

Martın 10-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkin düşmüş 3983 nəfərdən 3209-u hərbçi, 774-ü mülki şəxslərdir.

İtkin düşənlərin 285-i qadındır

Q.Əhmədov bildirib ki, itkinlərdən 3698-i kişi, 285-i qadındır: “2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə intensiv şəkildə başlanılıb”. Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.

170 əsir işgəncələrlə öldürülüb

Sözügedən tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmizin silahlı münaqişəyə cəlb edildiyini və bunun nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşdiyini diqqətə çatdırıb. Bildirib ki, hərbi əməliyyatlar nəticəsində 19 mindən çox vətəndaşımız öldürülüb və ya itkin düşüb, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri alıb.

Açıqlanan məlumatlara görə, itkin düşmüş mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116-sı qadın, 315-i isə yaşlı insanlardır. İstintaqla sübut edilib ki, 170 azərbaycanlı əsir Ermənistan silahlı birləşmələri tərəfindən işgəncələrlə öldürülüb. Hazırda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ən vacib vəzifələrdən biridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qısa müddətdə bu sahədə müəyyən işlər həyata keçirilsə də, bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur. Belə ki, 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilib. Bu amil prosesə mənfi təsir göstərir.

İtkin düşmüş azərbaycanlarının taleyinə beynəlxalq təşkilatlar laqeyd qalmamalıdır. Problemin həlli ilə əlaqədar Ermənistana ciddi təzyiqlər göstərilməlidir. 

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see269

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see248

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see240

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see227

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see225

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see219

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see217

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see217

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see209

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see207

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see201

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see201

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see199

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see195

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see191

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see188

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see187

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri