“Qarabağ”ın futbolçusu yenidən 1 ci liqa klubunun formasını geyəcək? baş məşqçi açıqladı
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
İcarə əsasında 2025/26 mövsümünün ilk yarısını “Zaqatala”da keçirən “Qarabağ”ın futbolçusu Amin Ramazanov müqavilə müddəti bitdiyindən məxsus olduğu komandanın düşərgəsinə qayıdıb.
Bəs, 1-ci liqa klubu onu yenidən heyətində görmək istəyirmi? Bu yöndə hansısa addım atılıbmı?
Sualları “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Bəli, Aminlə müqavilənin müddəti dekabrın 31-də başa çatdı. Klub olaraq, bu qapıçını yenidən heyətdə görmək istəyirik. Bu barədə rəhbərliyə məlumat vermişəm. Hələ hansısa addım atılmayıb. İnanıram ki, tezliklə “Qarabağ”la razılığa gələcəyik. Sadəcə, Şahruddin Məhəmmədəliyevin zədəli olduğunu bilirik. Bəlkə bu üzdən “Qarabağ” Amini komandada saxlamaq istəyəcək. Hələ ki məsələnin necə yekunlaşacağını gözləyirik”.
KƏNAN BAHADIR
Baxış sayı:61
Bu xəbər 09 Yanvar 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















