Icma.az
close
up
RU
Qarabağın incisi Kəlbəcərdə yeni səhifə: İlham Əliyevin tarixi səfəri

Qarabağın incisi Kəlbəcərdə yeni səhifə: İlham Əliyevin tarixi səfəri

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Kəlbəcər Azərbaycanın ən zəngin bölgələrindən biridir. Həm strateji mövqeyi, həm də təbii sərvətləri ilə ölkəmizin sosial-iqtisadi həyatında xüsusi yer tutur. Uzun illər işğal altında qalmış bu torpaq indi yeni bir dirçəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri də bu dirçəlişin dövlət səviyyəsində nə qədər əhatəli və planlı şəkildə həyata keçirildiyini göstərdi.

Əvvəlcə qeyd edək ki, Prezidentin Kəlbəcər rayonuna səfəri Böyük Qayıdış Proqramı çərçivəsində reallaşan növbəti addımlardan biri sayılmalıdır. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış oldu, bir sıra sosial, infrastruktur və iqtisadi layihələrin açılışında iştirak etdi, yeni yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırıldı. İlham Əliyev Kəlbəcərin zəngin təbiəti, strateji mövqeyi və böyük iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını vurğuladı: "Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə "Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.

Əlbəttə ki, azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmaları dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident Kəlbəcərin yaxın gələcəkdə Azərbaycanın turizm, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevriləcəyini xüsusi qeyd etdi. Bu, sadəcə tikinti-quruculuq deyil, əslində Böyük Qayıdış proqramının reallığa çevrilməsi, doğma yurdlarından didərgin düşmüş insanların yeni həyatına verilmiş vəsiqədir. Prezidentin səfəri zamanı verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın azad edilmiş hər qarış torpağına həyat geri dönəcək. Bu torpaqlara qayıdan hər bir insan təkcə evinə deyil, həm də gələcəyinə qayıdır. Kəlbəcərin turizm, kənd təsərrüfatı və enerji mərkəzinə çevrilməsi artıq uzaq perspektiv deyil, reallaşmaqda olan bir həqiqətdir.

Bütünlükdə İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın strateji mərhələsidir. Digər səfərlərində olduğu kimi, məhz bu səfərində də Azərbaycan Prezidenti təkcə bir rayonun gündəminə deyil, bütövlükdə ölkənin gələcək inkişaf xəritəsinə dair mühüm mesajlar verdi. İlham Əliyevin səfər zamanı verdiyi mesajlar bir daha təsdiqlədi ki, Kəlbəcərin gələcəyi yalnız bərpa ilə məhdudlaşmır. Bu bölgə turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə Azərbaycanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Başqa sözlə, Kəlbəcər təkcə öz sakinlərinin deyil, bütün ölkənin inkişafında aparıcı rola malik olacaq.

Prezidentin Kəlbəcərə səfəri həm də siyasi məna daşıyırdı. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlətin varlığı, gücü və gələcəyə inamı bir daha nümayiş etdirildi. Ölkə başçısı çıxışında çox ciddi məqamlara vurğu saldı: "Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim "dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq...”

Bu, yaddaşın keşiyində ayıq-sayıq dayanmağın zəruriliyi ilə bərabər, həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesaj idi: Azərbaycan öz torpaqlarında əbədi sahibdir, qurub yaratmaq fitrətinə sadiqdirlər. Torpaqlarını da yenidən gözəlliklər diyarına çevirmək, əzəli güc və nüfuzunu bərpa etmək üçün işğaldan azad edib. Dünyaya əyan oldu ki, Azərbaycan öz ərazilərində əbədi olaraq var olacaqlar və bu varlıq həm quruculuqda, həm də xalqın rifahında özünü göstərəcək. Kəlbəcər kimi strateji bir bölgənin sürətlə dirçəlməsi bütün Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə açılan qapıdır.

Avqustun 21-də baş tutan səfər Kəlbəcərin dirçəliş salnaməsində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın ümumi inkişaf konsepsiyasına da güclü töhfə verdi.

Uzun illər həsrətdə qaldığımız Kəlbəcərə bu gün yeni nəfəs, yeni həyat qayıdır. Dağları, çayları, yaylaqları ilə təbiətin möcüzəsi olan bu torpaq illərlə susqun qaldı, işğalın ağrılarını yaşadı. Ancaq artıq o illər geridədir. Bu gün Kəlbəcərdə tikilən yollar, ucaldılan körpülər, qurulan elektrik və su şəbəkələri sadəcə infrastruktur deyil – xalqın iradəsinin, dövlətin gücünün simvoludur. Prezident İlham Əliyevin də bu diyara səfəri yalnız rəsmi bir tədbir deyil, həm də Böyük Qayıdışın rəmzi, xalqın iradəsinin və dövlətin qüdrətinin bariz ifadəsi idi.

Elnarə Akimova

Milli Məclisin deputatı, 

YAP idarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri