Icma.az
close
up
RU
Fərqli nazirlərin müavini olsalar da, eyni ad soyadı daşıyırlar Dosye

Fərqli nazirlərin müavini olsalar da, eyni ad soyadı daşıyırlar Dosye

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda iki fərqli nazirlikdə nazir müavini vəzifəsini tutan iki məmur eyni ad və soyadı daşıyır. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Zaur Rafik oğlu Əliyev və Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Məmmədsaleh oğlu Əliyevdən gedir. Eyni ad və soyadı daşısalar da, onların təhsil və karyera yolları, eləcə də indiyədək çalışdıqları sahələr tamamilə fərqlidir. 
Bizim.Media adaş nazir müavinlərinin dosyelərini təqdim edir. 
Zaur Rafik oğlu Əliyev 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olan Zaur Rafik oğlu Əliyev 1981-ci ildə anadan olub. 
O, 1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb. 

2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.

Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 
18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.
Azərbaycan Respublikası Prezidentinin 2026-ci il 7 aprel tarixli Sərəncamı ilə Zaur Rafik oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
Zaur Məmmədsaleh oğlu Əliyev
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə 1984-ci il 16 fevralda anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı sahəsi üzrə) ixtisası üzrə bakalavr təhsili alıb. 2007-ci ildə Almaniya Federativ Respublikasının Vaynştefan Tətbiqi Elmlər Universitetində,2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi alıb.
2007-ci ilin aprel ayından 2008-ci ilin iyul ayına qədər Almaniya Texniki Əməkdaşlıq Təşkilatında layihə assistenti işləyib. 2007-ci ilin sentyabr ayından 2008-ci ilin iyul ayına kimi Azərbaycan Dövlət Aqrar Universitetində müəllim kimi çalışıb.
2008-ci ilin sentyabr ayından 2011-ci ilin dekabr ayına qədər Münhen Texniki Universitetində elmi işçi, 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyul ayına kimi Twinning layihəsi üzrə layihə koordinatoru kimi fəaliyyət göstərib.

2014-ci ilin aprel ayından 2015-ci ilin dekabr ayına kimi Garant Holdingdə kənd təsərrüfatı layihələri üzrə menecer kimi çalışıb. 2015-ci ilin dekabr ayından 2016-cı ilin sentyabr ayına kimi “Peşə Tədris Mərkəzinin yaradılması" layihəsində layihə eksperti kimi fəaliyyət göstərib. 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyun ayına kimi “Yalama Aqropark” MMC-nin direktoru olub. 2019-cu ilin iyul ayından 2020-ci ilin avqust ayına kimi İsveçin Niras şirkətində layihə eksperti kimi çalışıb.

2020-ci ilin avqust ayından 2023-cü ilin iyun ayına kimi Elm və Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışıb. 
2023-cü ilin iyun ayından 2026-cı ilin yanvar ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamı ilə Kənd
Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 
O, ingilis, alman və rus dillərini bilir. Evlidir, 2 övladı var.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri