Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qarabağın işğalı Ermənistan üçün strateji baxımdan tələyə çevrilmişdi

Qarabağın işğalı Ermənistan üçün strateji baxımdan tələyə çevrilmişdi

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib ki, əsas məsələ iqtisadi rəqəmlər deyil, ölkənin geosiyasi tələdən çıxarılmasıdır. Onun sözlərinə görə, Ermənistan artıq çıxılmaz vəziyyətdən çıxıb, bütün istiqamətlərdə yeni perspektivlər qazanıb və ölkə xalqı bundan sonra öz inkişaf yolunu sərbəst şəkildə müəyyən edə biləcək.

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimalı bildirdi ki, Paşinyanın “Ermənistanı geosiyasi tələdən çıxarmaq” ifadəsini iki istiqamətdə dəyərləndirmək olar:

"Birinci istiqamət Qarabağ məsələsinin həllidir. Paşinyanın demək istədiyi və reallığın göstərdiyi odur ki, Ermənistan Qarabağı işğal etməklə, hər nə qədər Birinci Qarabağ müharibəsində qalib gəlsə də, əslində özünü geosiyasi tələyə salmışdı. Bu işğal Ermənistanı birbaşa Rusiyadan asılı vəziyyətə gətirmiş, ölkəni blokada şəraitində yaşamaya məcbur etmişdi. Ermənistan torpaqları işğal etsə də, geosiyasi baxımdan uduzan tərəf olmuşdu. Onun faktiki olaraq heç bir açıq çıxışı yox idi və yalnız İran və Rusiyanın təsirindən asılı şəkildə mövcudluğunu davam etdirirdi. Xüsusilə də ölkə Rusiyanın forpostuna çevrilmişdi. Buna görə də Qarabağın işğalı Ermənistan üçün strateji baxımdan tələyə çevrilmişdi. Paşinyanın fikrinin birinci istiqaməti də məhz budur. O bildirir ki, bu məsələnin həlli Ermənistanın həmin tələdən xilas olmasına imkan yaratdı.

İkinci istiqamət Ermənistanın blokadadan çıxması ilə bağlıdır. Bu məsələ birinci istiqamətlə sıx bağlıdır. Hazırda Ermənistan Qarabağ müharibəsinin başa çatmasından sonra, region ölkələri ilə münasibətlərin qurulması istiqamətində addımlar atır və Rusiyadan asılılığı müəyyən dərəcədə azalıb. Azərbaycanla sülh məsələsinin razılaşdırılması, yekun sülh sazişinin isə gələn il imzalanması gözlənilir. Bu, baş verərsə, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması real gündəm mövzularından birinə çevriləcək. Türkiyə ilə sərhədlərin açılması isə Ermənistan üçün Avropa bazarına çıxış imkanı yaradacaq ki, bu da ölkə üçün böyük iqtisadi perspektivlər deməkdir".

Politoloq qeyd etdi ki, baş verən dəyişikliklər regionda kommunikasiyaların bərpası baxımından da əhəmiyyətlidir.

"Ermənistan həm Azərbaycan, həm Türkiyə, həm də digər region ölkələri ilə iqtisadi əməkdaşlıqlar qura biləcək. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan Avrasiyanın nəqliyyat şəbəkəsinə, yəni Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyalarına qoşulmaq imkanı əldə edəcək. Bu isə ölkə üçün həm iqtisadi, həm də siyasi baxımdan ciddi perspektivlər açır. Beləliklə, Paşinyanın “geosiyasi tələ” ifadəsinin mənası ondan ibarətdir ki, Qarabağ məsələsinin həllindən sonra Ermənistan həqiqətən də bu geosiyasi dalandan çıxmaq üçün yeni imkanlar əldə edib".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri