“QARABAĞ”IN “PLEY OFF” ŞANSI NƏ QƏDƏRDİR? Komandamızı yalnız möcüzəli bəxtsizlik dayandıra bilər
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünənki möhtəşəm qələbədən sonra “Qarabağ” azarkeşlərini düşündürən əsas sual komandamızın pley-off şansının nə qədər olmasıdır. Belə ki, son turda “Qarabağ” olduqca çətin “Liverpul” səfərinə gedəcək. Oradan xal götürmək çox çətin olacaq.
Bəs komandamız son turda uduzsa, onun növbəti tura keçmək şansı nə qədərdir? “AzPolitika” xəbər verir ki, komandamızın, hətta böyük hesablı məğlubiyyətlə qarşılaşsa belə, pley-offa keçmək şansı çox böyükdür.
“Qarabağ”-ın növbəti tura keçə bilməmək şansı demək olar yoxdur və yalnız möcüzəli uğursuzluq komandamızı dayandıra bilər!
Beləliklə, "Qarabağ" son səkkizinci tur ərəfəsində 10 xalla 18-ci yerdədir. Təsəvvür edək ki, "Qarabağ" səfərdə İngiltərə klbuna 2-3 top fərqi ilə məğlub oldu. Bu halda komandamız yenə də 10 xal və mənfi 5 top fərqi ilə ilk 24-lüyə düşə biləcəkmi?
Gəlin, baxaq. Hazırda "Qarabağ"ı keçə biləcək doqquz komanda var: “Marsel” (9 xal), “Bayer” (9), “Monako” (9), “PSV” (8), “Atletik Bilbao” (8), “Olimpiakos” (8), “Napoli” (8), “Kopenhagen” (8) və “Brügge” (7).
Son turda “Brügge” “Marsel”lə oynayacaq. Bu, o deməkdir ki, nəticədən asılı olmayaraq, bu komandalardan biri "Qarabağ"ı keçə bilməyəcək.
Qalan 7 komandanın keçirəcəyi son oyunlara nəzər salaq: “Bayer” – “Vilyarreal” “Monako” – “Yuventus” “PSV” – “Bayern” “Atletik” – “Sportinq” “Ayaks” – “Olimpiakos” “Napoli” – “Çelsi” “Barselona” – “Kopenhagen”.
Beləliklə, "Qarabağ"ı keçmək üçün yalnız "Bayer"in "Vilyarreal"la heç-heçə etməsi kifayətdir. Digərlərində "Monako" "Yuventus"u məğlub etməlidir; “PSV” "Bayern"i məğlub etməlidir; "Atletik" "Sportinq"i məğlub etməlidir; "Olimpiakos" "Ayaks"ı məğlub etməlidir; "Napoli" "Çelsi"ni məğlub etməlidir; "Kopenhagen" "Barselona"nı məğlub etməlidir.
Əgər "Qarabağ"ın yeddi rəqibindən altısı yalnız yuxarıda təsvir edildiyi kimi nəticə əldə edərsə, Azərbaycan çempionu mübarizədən kənarlaşdırılacaq. Yəni, “Qarabağ”ın pley-offa vəsiqə qazana bilməməsi üçün "Qarabağ"ın rəqibləri yuxarıda qeyd olunan yeddi matçdan altısında qələbə əldə etməlidirlər. Yəni, 6 oyunun 6-da da rəqiblərimizin qalib gələcəyi ehtimalını özünüz təsəvvür edin. Bunun üçün “Qarabağ” əleyhinə fantastik bəxtsizlik lazımdır ki, bu da ümid edirik ki, baş verməyəcək. Onu da unutmayaq ki, komandamız səfərdə sürpriz nəticələr əldə etməyə qadir olduğunu dəfələrlə sübut edib və istisna etmək olmaz ki, İngiltərədən xalla dönə bilərik.
Uğurlar, “Qarabağ”!
C.Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















