“Qarabağ”ın prezidenti: Klubun bazasını, stadionu günəş enerjisi ilə təmin edən panellər gətirməyi planlaşdırırıq AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
“Qarabağ” davamlılıq ideologiyasını futbola da daşımaq üçün hərəkat başladıb. Klubun bu təşəbbüsü iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29 sammitində iştirak edən "Qarabağ"ın prezidenti Tahir Gözəl söyləyib.
Alternativ enerjiyə keçidin vacibliyinə toxunan T.Gözəl deyib: "Biz klubun bazasını, stadionu günəş enerjisi ilə təmin edən panellər gətirməyi planlaşdırırıq. Həmçinin "Qarabağ" klubunun elektrikli nəqliyyat vasitələrinə keçməsi üçün çalışacağıq".
O, əlavə edib ki, planlar arasında stadionun üzərinə yığılan sulardan enerji alınması üçün qurğuların quraşdırılması da var.

Klubun bazasını, stadionu günəş enerjisi ilə təmin edən panellər gətirməyi planlaşdırırıq “Qarabağ”ın prezidenti
16 Noyabr 2024 19:07
“Qarabağ”ın hücumçusu daha bir klubun maraq dairəsinə düşüb AZƏRTAC
26 Dekabr 2024 13:41
Terim “Qarabağ”ın bazasını ziyarət etdi
17 Noyabr 2024 17:26

