Qarabağın rəqibinin futbolçusu iki ay müddətinə sıradan çıxıb
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayeş uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, müayinə nəticəsində 28 yaşlı braziliyalı futbolçunun sol budundan ciddi zədə aldığı aşkar olunub.
İngiltərə Premyer Liqasının XXVI turunda "Tottenhem"lə matçda (2:1) zədə alan futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimarayeşin müalicə üçün vətəninə yollanacağı bildirilib.
B.Gimarayeş cari mövsümdə "Nyukasl"ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















