Icma.az
close
up
RU
“Qarabağ”ın sol cinahı sıradan çıxıb! Heyətdə narahatedici durum

“Qarabağ”ın sol cinahı sıradan çıxıb! Heyətdə narahatedici durum

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın sol cinahı sıradan çıxıb! - Heyətdə narahatedici durum

Mərkəz hücumçusu Zakaria Savo zədəli idi.

Dünən Misli Premyer Liqasında “Şamaxı” ilə oyundan əvvəl məlum oldu ki, Elvin Cəfərquliyevin ayaq əzələsinin vətərində yırtıq aşkarlanıb.

Bundan əvvəl isə Abdullah Zubirin komandanı tərk etdiyi açıqlandı.

Dünən “Şamaxı” ilə matçda Renaldo Sepas da zədələnib. Baş məşqçi Qurban Qurbanov deyir ki, onun “Tvente”yə qarşı bu həftə UEFA Konfrans Liqasında oynayıb-oynamayacağı bu gün müəyyənləşəcək. 

Maraqlıdır ki, hər üç futbolçu sol cinahda çıxış edir. Deməli, faktiki olaraq komandada sol cinah tam sıradan çıxmış vəziyyətdədir.

Baş məşqçi Qurban Qurbanov dünən keçirdiyi mətbuat konfransında  “Tvente” ilə oyunda heyətdə dəyişiklik olacağının anonsunu verib. Onun narahatlıqla dediyinə görə, “çox planlaşdırmadıqları zədələri olub”. Üstəlik bəzi oyunçularda da yorğunluq var. Heyətdə dəyişikliklərin bir, yoxsa üç nəfəri əhatə edəcəyini isə Q.Qurbanovun söylədiyinə görə, “heç özü də bilmir”.

Beləliklə, “Qarabağ” düşərgəsindən son günlər ardıcıl olaraq xoş olmayan xəbərlər gəlir. Onsuz da Savonun zədələnməsi ilə
hücumun mərkəzində problemlər var idi. Məcburi 9 nömrə mövqeyində oynadılan Kaşuk hücumçu kimi oynadığı son 2 oyuna 1 qol vursa da, tapşırılan işin öhdəsindən tam gələ bilmir.

Hücum xəttinin sol cinahında problem var: Zubir gedib, ona əvəzləyici qismində gətirilən Sepasın oynayıb-oynamayacağı sual altındadır (yazı hazırlanan ana qədər). Digər tərəfdən də hücuma fəal qoşulması ilə fərqlənən Elvin də zədələnib. Bir sözlə, hazırda “Tvente” ilə oyuna görə narahatlıq üçün yetərincə əsas var.

Yeri gəlmişkən, Niderland təmsilçisi ölkə çempionatının 2-ci turunda, “Qarabağ”la oyun öncəsi “Zvolle” komandasına 3:1 hesabı ilə qalib gəlib. Komanda UEFA Konfrans Liqasında “pley-off”a qədər gəlsə də, üzərində həm medianın, həm də azarkeşlərin güclü basqısı var. 

“Tvente”nin baş məşqçisi Con van den Brom 2 gün əvvəl deyib ki, “Qarabağ”la qarşıdakı iki oyun komanda üçün həlledici əhəmiyyət daşıyır, azarkeşlərin dəstəyinə isə əmindir. 

Niderland tərəfindəki ab-hava göstərir ki, komanda mərhələni 2 oyunluq qələbə ilə keçməyə köklənib. Çünki qazanılan xallar ölkənin UEFA reytinqindəki mövqeyini (7-ci) gücləndirməlidir…

Elə 26-cı yerdə olan Azərbaycanın klubuna - “Qarabağ”a da Liqa mərhələsinə düşməyi hədəfləyib. Hazırda heyət sarıdan problemi olan Ağdam təmsilçisinin bu işin öhdəsindən gəlib-gəlməyəcəyini isə yalnız göstərəcək…

ELNUR,
QOL.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri