“Qarabağ”ın uğur yolu və idmanın inkişafı: Fərid Qayıbovun GENİŞ MÜSAHİBƏSİ VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov “Podkat” “YouTube” verilişinin qonağı olub.
Nazir podkastda ölkədə idmanın kütləviləşdirilməsi, peşəkar idmanın inkişafı və Azərbaycanın beynəlxalq idman arenalarındakı mövqeyi ilə bağlı geniş fikir mübadiləsi aparıb. O, idmanın sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib.
Fərid Qayıbov peşəkar idmana göstərilən dövlət dəstəyi, Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışların əhəmiyyəti, “Formula-1” və UFC kimi dünya miqyaslı turnirlərin ölkəyə verdiyi töhfələrə də toxunub. Nazir eyni zamanda ölkəmiz üçün ənənəvi olmayan idman növlərinin inkişafı, yeni yaradılan buz meydançası və qızlar arasında idman növlərinin populyarlaşması ilə bağlı görülən işləri diqqətə çatdırıb.
Podkast zamanı idman ictimaiyyətinin Qarabağa səfərləri, azad olunmuş ərazilərdə idmanın inkişaf perspektivləri, eləcə də “Qarabağ” futbol klubunun uğurlarının Azərbaycan idmanına müsbət təsiri müzakirə olunub.
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















