“Qarabağ”ın ulduz futbolçuları komandanı tərk edir? Klubdan ə AÇIQLAMA
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu mövsümün sonunda bir neçə futbolçunun “Qarabağ” FK-dan ayrılacağı barədə iddialar yayılıb.
Söhbət qapıçı Mateuş Koxalski, mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Sami Mmae, yarımmüdafiəçilər Aleksey Kaşuk və Emmanuel Addai, həmçinin hücumçu Ramil Şeydayevdən gedir.
Məsələ ilə bağlı İdman.Biz “Qarabağ” FK-ya sorğu ünvanlanıb.
Klubdan saytımıza verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.
“Hazırda komandamızın bütün futbolçuları ilə qüvvədə olan müqavilələr mövcuddur. Hər hansı oyunçu ilə yolların ayrılması baş verərsə, bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək. Bu mərhələdə isə adı hallanan futbolçuların hamısı komanda ilə birlikdə məşqlərdə iştirak edir və müqavilələri aktivdir”, - deyə klubun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, “Qarabağ” FK hazırda turnir cədvəlində 52 xalla ikinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 16 Mart 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















