“Qarabağ”ın zədəli futbolçusunun son durumu Klubdan ə AÇIQLAMA
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın zədəli futbolçusu Musa Qurbanlının son durumu açıqlanıb.
Bu barədə İdman.Biz-ə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, komandanın 24 yaşlı hücumçusu iki gün əvvəl fərdi məşqlərə başlayıb.
Onun yaxın günlərdə komandanın kollektiv məşqlərinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda “CSKA Sofia” klubunu qəbul edəcək. Saat 20:00-da başlayacaq görüşün cavab qarşılaşması isə bir həftə sonra Sofiyada keçiriləcək.
Xatırladaq ki, Ağdam təmsilçisi Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















