Icma.az
close
up
RU
“Qarabağ”ın Zaqrebə qədər “qovduğu” Sami kimdi? o, Qurban Qurbanovu qəzəbləndirə bilər

“Qarabağ”ın Zaqrebə qədər “qovduğu” Sami kimdi? o, Qurban Qurbanovu qəzəbləndirə bilər

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın müdafiə xəttini Zaqreb “Dinamo”sunda çıxış edən Sami Mmae ilə gücləndirmək istədiyi məlumdu. Bu barədə məlumatı hələ iyunun 26-da “gol.hr” saytı yayıb.

Xorvatiyalı həmkarlarımız iddia edib ki, “Ferentsvaroş”dan (Macarıstan) ayrılandan sonra zaqreblilərlə 4 illik müqavilə imzalayan mərakeşli mərkəz müdafiəçisi yeni klubundakı ilk mövsümündə – 2024/25 “futbol ili”ndə ümidləri doğrultmayıb. Bu üzdən “Maksimir”dən ayrılmağa qərar verən futbolçu “Qarabağ”dan gələn təklif sayəsində sevinib.
İddialara inansaq, “köhlən atlar” Mmaeni “Ferenstvaroş”da top qovduğu vaxtdan izləyir. Sadəcə, o, xorvatlardan gələn uzunmüddətli və yüksək məvacib vəd edən təklifin arxasınca getməyi üstün tutub.
Əslində Saminin idmançı keyfiyyətlərində qüsur axtarmağa dəyməz. Daha doğrusu, 28 yaşlı oyunçu yetərincə həvəsli, təcrübəli və istəklidi. Onun “Dinamo”da xoşbəxt olmamasının səbəbi mövqe uğrunda rəqabətdə uduzması, hansısa fiziki özəlliklərinin yetərsiz olması yox, Zaqreb təmsilçisinin sabiq baş məşqçisi Nenad Byelitsanın qəzəbinə tuş gəlməsidi. Dəqiq desək, mütəxəssis ötən ilin noyabrında xroniki intizamsızlıq sərgiləyən oyunçunu əsas komandadan kənarlaşdırıb.
Byelitsadan sonra baş məşqçi postuna təyin edilən Fabio Kannavaro onu yenidən heyətə qaytarsa da, formasını bərpa etməkdə çətinlik çəkib. Nəticədə mövsümün qalan hissəsində də ehtiyat oyunçular skamyasında “məskən salıb”.
“Dinamo”nu narahat edən məsələlərdən biri də Saminin yüksək maaşıdı. Xorvat həmkarlarımız bu transferin baş tutacağı təqdirdə zaqreblilərin xərclərinin xeyli azalacağını bildirir. Düzü, onların bu barədə fikirlərinə haqq verməmək olmur. Çünki zaqreblilərlə anlaşanda 1,50 milyon avro dəyəri olan futbolçunun qiyməti indi cəmi 400 min avrodu. Qısası, xorvatlar yalnız müqavilənin şərtlərinə tabe olmaq üçün maddi ziyan görür.
Maraq üçün qeyd edək ki, Sami daha əvvəl Azərbaycana gəlib. Niyə? Çempionlar Liqasında ötən mövsüm keçirilən pley-off matçı çərçivəsində ağdamlılara qarşı döyüşmək üçün. Bəli-bəli, söhbət “Qarabağ” – “Dinamo” matçından gedir. O, bu komandaların həm ilk, həm də cavab matçında start heyətində meydana çıxıb.
Bəs “Qarabağ” Saminin keçidinə nail olacaqmı? Ümumiyyətlə, bunda israrlıdı? Bilmirik, ancaq sirr olmayan bir şey var: Qurban Qurbanov intizamsız futbolçuları sevmir!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri