Icma.az
close
up
RU
Qarabağlıların yaşadığı “kef”i onları təhqir edənlərə arzulamıram...

Qarabağlıların yaşadığı “kef”i onları təhqir edənlərə arzulamıram...

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Araz ASLANLI,
Politoloq

Qaçqınlar (və məcburi köçkünlər) ilə bağlı ucuz, populist iddiaların gündəmdə uzun müddət qalması 1990-cı illər üçün bir qədər anlaşılan idi (müstəqilliyə yeni qovuşmuşduq, millik kimlik tam formalaşmamışdı, xarici dövlətlər bizi daha rahat şəkildə bölə və nifaq sala bilirdilər, məsuliyyəti öz üstündən atmağa çalışan fərdlər, səlahiyyət sahibləri mütəmadi olaraq günahlandırmağa kimisə ya da nə isə axtarırdılar və qaçqınlar da bunlardan biri idi və s.).

Amma dövlət və millət olaraq birlik nümunəsi nümayiş etdirərək tarixi Zəfərə imza atdıqdan sonra da bu yanaşmaların davam etməsi çox üzücüdür.

1990-cı illərdən başlayaraq qaçqın və məcburi köçkünlər ilə bağlı çox işlədilən bəzi fikirlərə mən elə o vaxtlardan etibarən münasibət bildirmişəm. Bu barədə son 15 ildə dəfələrlə məqalə də yazmışam. Xüsusi zərurət hiss etdiyim üçün ən çox səslədirilən 3 iddiaya bir daha münasibət bildirmək istədim. Pepperoni pizza

1. "Vuruşmadılar, qoyub qaçdılar" iddiası

Əvvəla qaçqınlıq bir seçim deyil, məcburiyyətdir: etnik təmizləmə siyasətinin, işğalın yaratdığı məcburiyyət. İstər Qərbi Azərbaycanı, istərsə də Ermənistan tərəfindən yaxın tarixdə işğal edilmiş ərazilərimizi tərk edən soydaşlarımız buna məcbur ediliblər; işgəncələrə məruz qoyularaq, öldürülərək və s.

Bütün işğal olunmuş ərazilərimiz uzun müddət düşmənin ağır hərbi zərbələrinə, bəzən blokadalara, bəzən provakasiyalara məruz qalıb. Xüsusilə Xocalı soyqırımından sonra Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı prosesində düşmənin törətdiyi soyqırım, qətliamlar, acımasızlıqlar, qadın, uşaq, yaşlı demədən edilən və burada yaza bilmədiyimiz vəhşiliklər cəmiyyətdə elə bir psixoloji vəziyyət yaratmışdı ki, heç bir yaşayış məntəqəsi “ikinci Xocalı” olmaq istəmirdi. O psixologiya ilə, eyni zamanda təxribatların da nəticəsində işğal zamanı evlərini tərk edib Bakıya gələnləri günahlandırmaq ucuz qəhrəmanlıq axtarışıdır. Barmağına iynə batanda, yanından bir avtomobil sürətli keçəndə, azacıq hüquqları tapdananda "dünyanı dağıdanların" sadəcə yaşamaq üçün, ailəsini, anasını, həyat yoldaşını, qızını vəhşiliklərdən qorumaq üçün yaşayış məntəqəsini tərk etməsini "qorxaqlıq" kimi qiymətləndirməsi absurddur.

Digər tərəfdən “Qarabağı sadəcə Qarabağlıların qorumalı olduğuna” dair yanaşma da çox qüsurlu idi. “Filan rayon bir kənd belə vermədi, amma filan rayonu satdılar”, “Qarabağlılar Bakıda gəzir, mən niyə gedib cəbhə xəttində qalmalıyam” fikirlərini çox eşidirdik. O vaxt da yazmışdım. Deməli bu insan Azərbaycanın hamımızın ortaq vətəni olduğunu hələ dərk edə bilməyib. Deməli hələ də bunu başa düşməyən insanlar var ki, Qarabağ hər hansı bir qaçqının həyətyanı sahəsi, evi demək deyil. O birinci növbədə vətənimizin bir parçasıdır. Vətəndaşı olduğumuz dövlətin ərazisi... Müharibə də kiminsə evi ya da həyətyanı sahəsi üstündə başlamayıb. Bu dərk olunmadığına görə də regionla bağlı imperial maraqları olan böyük güclərin və onların regiondakı maşası rolunu oynayan işğalçı dövlətin etdikləri qalıb bir tərəfdə, günahkar kimi növbəti soyqırımların qurbanı olmaq istəməyənlər görülür.

Vətən torpağını ilk növbədə dövlətin ordusu qorumalıdır. Təbii ki, insanlarda ümumi vətənpərvərlik ruhunun yüksək olması, hər qarış torpaq üçün yeri gəlsə özünü fəda edə bilmək arzusu vacibdir. Mümkün qədər yaşadıqları əraziləri heç bir halda tərk etməmələrinin təmini də zəruridir. Amma işğalın əsas günahkarı kimi illər boyunca bombardman altında yaşayanları görmək yolverilməzdir.

Məhz dövlətimiz fərqli, mütərəqqi ali düşüncəyə, mükəmməl strateji yanaşmaya malik olduğu üçün, igid əsgərlərimizin, Şəhid və Qazilərimizin sayəsində ərazilərimiz düşmən işğalından azad olundu.

2. "Bakıda kef edirlər" iddiası

İşğalçı dövlətin vəhşiliyinin qurbanı olmaq, yaxınlarını itirmək, öz evini məcburən tərk etmək, uşaqlığının keçdiyi yerlərdən uzaq düşmək, dünyasını dəyişmişlərinin məzarının dağıdıldığını bilmək duyğusu çox ağırdır. Bunu ancaq yaşayanlar bilər. Bunu qaçqınlarımız yaşadılar. Allah o "kef"i heç kimə, o cümlədən məcburi köçkünlərlə bağlı o cür ifadələri işlədənlərə də göstərməsin.

Digər tərəfdən qaçqın olmaq o demək deyil ki, digər rayonlardan Bakıya gələnlər istədikləri kimi yaşaya bilərlər, amma Ermənistanın işğalçılıq siyasətinin qurbanı olanlar ancaq elə outurb ağlamalıdırlar. Onlar da insandır, onlar da bu dövlətin vətəndaşıdır. Bakıda yaşayan digər hər hansı bir Azərbaycan vətəndaşı ilə eyni hüquqları var. Fərqi yoxdur ki, o digər vətəndaşın nəsli 200 ildir ki, Bakıda yaşayır, yoxsa hər hansı işğal edilməmiş rayondan 30 il öncə Bakıya gəlib.

Bakıda "kef edən"ləri qaçqın və qeyri-qaçqın şəklində ayırmaq nə hüquqa uyğundur, nə də vicdana...

3. "Geri qayıtmaq istəmirlər" iddiası

Köçkünlük məcburiyyətdən qaynaqlanmışdı. Amma geri qayıtmaq məcburiyyət deyil, hüquqdur. Hazırda məskunlaşdıqları yerdə (başqasına aid ya da dövlət tərəfindən verilmiş müvəqqəti mülklər istisna olmaqla) yaşamağa davam etmək də bir hüquqdur. Eynilə digər rayonlardan Bakı şəhərinə ya da respublikamızın digər yerlərinə köç edib məskunlaşanların hüququ kimi.

Dövlət və cəmiyyət olaraq borcumuz məcburi köçkünlərə dəstək olmaq, onların acısını azaltmaq, hüquqlarının bərpa olunmasına çalışmaq idi, indi də belədir. Bu hüquqlardan biri də zorla çıxarıldıqları yurdlarına geri qayıtmaq hüququdur. Amma bu hüquqdan necə istifadə edəcəkləri onlara qalmış məsələdir. Əlbəttə mənəvi aspektdən yaxşı olar ki, onların önəmli hissəsi geri qayıtmaq istəsin. Amma digər hər hansı işğal edilməmiş rayondan Bakıya gəlib mülk alıb həyatını burada quran Azərbaycan vətəndaşı kimi qaçqın və məcburi köçkünlərin də Bakıda yaşamağa davam etmək hüququ var. Dövlət və vətən prizmasından çıxış etdikdə əksini iddia etmək hüquqa və vicdana uyğun deyil.

Problem əsasən sovet dövründən öncə də mövcud olan, amma sovet dövründə xüsusilə zərərli şəkildə canlı saxlanılan kimlik və vətən anlayışlarından qaynaqlanır ("Bakılı" "üst kimliyi", kəndçiliyə və rayonçuluğa, regionçuluğa əsaslanan çox dar və zərərli vətən anlayışı bunun mənfi nümunələridir).

İşğaldan azad edilmiş ərazilər sadəcə orada daha öncə yaşamış insanların vətəni deyil, hamımızın ortaq vətənidir.

Kim vətənimizin o hissəsində yaşayam istəyirsə, buyursun. Şəxsən mən istəyirəm. Sadəcə olaraq məskunlaşmanın ilk mərhələsinin bitməsini gözləyirəm. Sonra imkan olduğu halda mütləq gedib yaşayacağam.

Yekun olaraq, tariximizin ən şanlı mərhələlərindən birini yaşayırıq. Dövlət və millət olaraq tarixi Zəfərə imza atmışıq. Bunu qəbul etməyənlər, bizi bölməyə çalışanlar iş başındadır. Bizə düşən bizə qəsd etmək istəyənlərin oyununa gəlmək yox, birliyimizi daha da gücləndirmək, nifaqdan uzaq durmaq, müzakirələri ucuz populizmdən uzaq duraraq aparmaqdır. Bunu etdiyimiz zaman doğruları daha tez tapmaq, düşüncə və digər baxımlardan daha çox inkişaf etmək imkanımız olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri