Icma.az
close
up
RU
QARAÇAY SÜRGÜNÜ Qafqazın unudulmayan yarası

QARAÇAY SÜRGÜNÜ Qafqazın unudulmayan yarası

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün - 2 noyabrda Şimali Qafqaz xalqlarının yaddaşına əbədi həkk olunan bir faciənin ildönümüdür. 1943-cü il noyabrın 2–5-də Qaraçay xalqı bütövlükdə öz doğma torpaqlarından qoparıldı. Sovet diktatoru İosif Stalinin imzaladığı gizli qərarla 70 minə yaxın qaraçaylı “xalq düşməni” damğası ilə Orta Asiyanın səhralarına və dağlarına sürgün edildi.

Bu deportasiya təkcə bir etnik qrupun deyil, bütövlükdə Qafqaz xalqlarının azad ruhunun sındırılması, qədim bir mədəniyyətin zorla köçürülməsi, yaddaşın və torpaq sevgisinin cəzalandırılması idi.

NKVD qüvvələri 1943-cü ilin soyuq noyabr günlərində Qaraçay kəndlərinə qəfil basqın etdi. Əhalidən beş-altı saat içində evlərini tərk etmələri tələb olundu. Uşaqlar, qadınlar, qocalar, yaralı döyüşçülər, hamı yük vaqonlarına dolduruldu. Yüzlərlə kilometr məsafəni keçən bu “ölüm qatarları” Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ən ucqar bölgələrinə doğru hərəkət etdi.

Səfər zamanı minlərlə insan aclıqdan, susuzluqdan, donvurmadan və xəstəlikdən dünyasını dəyişdi. Tarixçilərin hesablamalarına görə, deportasiya olunan qaraçaylıların təxminən 30 faizi Orta Asiyaya çatmadan həyatını itirdi.

Sovet rejimi üçün bu, sadəcə “statistik əməliyyat” idi. Amma Qaraçay xalqı üçün bu, bir sivilizasiyanın parçalanması, dağ ruhunun əsarətə alınması idi.

Rəsmi bəhanə “almanlarla əməkdaşlıq” idi. Amma arxiv sənədləri sübut edir ki, Qaraçay xalqı nə Almaniya ilə əməkdaşlıq etmişdi, nə də sovet ordusuna qarşı çıxmışdı. Əsl məqsəd Qafqaz xalqlarının azadlıq duyğusunu qırmaq, onların etnik-siyasi birliyini parçalamaq idi.

Stalin və Beriya başda olmaqla Sovet rəhbərliyi türk və müsəlman xalqlarını potensial təhlükə kimi görürdü. Onların gözündə Qafqaz “imperiyanın yumuşaq qarnı” idi-hər an milli oyanış başlaya bilərdi.

Qaraçaylılar Qazaxıstanın Karaganda, Cambul, Almatı vilayətlərinə, Qırğızıstanın Talas və Oş bölgələrinə səpələndilər. Onlara dağ iqlimindən uzaq, səhralıq ərazilərdə yaşamaq məcburiyyəti qoyuldu.

Məktəblərdə ana dilində tədris qadağan olundu, pasport almaq üçün xüsusi icazə tələb edilirdi, kəndlərdən çıxmaq isə cinayət sayılırdı.

Amma bütün bu məhrumiyyətlərə baxmayaraq, Qaraçay xalqı milli kimliyini itirmədi. Onlar öz adət-ənənələrini gizli şəkildə qorudular, xalq mahnılarını, dastanlarını söyləyərək uşaqlarına “biz dağların xalqıyıq” deyə xatırladırdılar.

Yalnız Stalinin ölümündən və 1956-cı ildə Nikita Xruşşovun “şəxsiyyətə pərəstişin ifşası” siyasətindən sonra bu xalqın günəşi yenidən doğdu. 1957-ci ildə Qaraçay Muxtar Vilayəti bərpa olundu, sürgün qurbanlarının bir hissəsinə vətənə qayıtmaq icazəsi verildi. Lakin bu dönüş də asan olmadı: dağ kəndləri dağıdılmış, evlər talan edilmiş, yerli hakimiyyət strukturları isə ruslaşdırılmışdı. Qaraçay xalqı hər şeyi sıfırdan qurmalı oldu.

Qaraçayların taleyi tək deyildi. 1943–1944-cü illərdə çeçenlər, inquşlar, balkarlar, qalmıqlar, Krım tatarları, Ahıska türkləri, qroznililər və Azərbaycan türkləri də eyni aqibəti yaşadılar.

Ahıska türkləri 1944-cü ilin noyabrında bir gecədə Gürcüstanın cənubundakı doğma torpaqlarından çıxarıldılar. 100 mindən çox ahıskalı Orta Asiyaya sürgün edildi. Onların bir çoxu hələ də vətənlərinə dönə bilməyib.

Azərbaycan türkləri də müxtəlif dövrlərdə, xüsusilə 1930-cu illərin kollektivləşmə və 1948–1953-cü illərin “Cənubi sərhədlərin təmizlənməsi” əməliyyatları zamanı-kütləvi şəkildə Orta Asiyaya və Sibirə köçürüldü. Naxçıvandan, Zəngəzurdan, Qazaxdan, Laçından minlərlə ailə “sərhəd təhlükəsizliyi” bəhanəsi ilə öz yurdlarından didərgin salındı.

Bu, təkcə bir ideologiyanın zorakılığı deyildi-bu, Sovet imperiyasının xalqları kimliksizləşdirmə planının tərkib hissəsi idi.

Qaraçay sürgünü bir daha göstərdi ki, imperiyalar xalqın iradəsini zorla sındıra bilmir. Onlar yalnız torpağı ələ keçirə bilər, amma yaddaşı, dili, ruhu əsir saxlamaq mümkün deyil.

Bu gün Qaraçay xalqı yenidən öz dağlarının ətəyində, öz adını, dilini, tarixini yaşadır. Onlar üçün hər 2 noyabr təkcə bir matəm deyil, həm də dönüşün, dirənişin, milli kimliyin qələbə günüdür.

Sovet imperiyasının deportasiya siyasəti milyonlarla insanın taleyini alt-üst etdi. Hər bir qatar vaqonu bir xalqın göz yaşını, hər bir səhralıq məskəni bir millətin məzarını gizlətdi.

Amma bütün bu zülmün içində bir həqiqət də qalıcı oldu: Türk xalqları, Qafqaz xalqları öz yurd sevgisini, azadlıq arzusunu heç vaxt itirmədilər.

Tarix bağışlasa da, yaddaş heç vaxt unutmaz. Qaraçay, Ahıska və Krım hamısı bir millətin yaddaş kitabəsində eyni ağrı ilə yazılıb.

Samir Əsədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri