ABŞ təyyarəsində insident: Sərnişin qapını açmağa cəhd edib
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
ABŞ-nin “American Airlines” aviaşirkətinə məxsus San-Dieqo–Çikaqo reysini həyata keçirən sərnişin təyyarəsi göyərtədə baş verən insident səbəbindən Finiks şəhərinə təcili eniş edib.
Hadisə zamanı sərnişinlərdən biri “İsanı görmək istəyirəm, məni bu təyyarədən düşürün” deyə qışqıraraq təyyarənin qapılarını açmağa cəhd göstərib.
Ekipaj üzvləri və digər sərnişinlərin müdaxiləsi ilə həmin şəxs zərərsizləşdirilib.
Gununesi.info xəbər verir ki, ABŞ-nin ABC telekanalı hadisə ilə bağlı Federal Aviasiya Administrasiyasının (FAA), Federal Təhqiqatlar Bürosunun (FTB) və Finiks polisinin açıqlamalarını yayıb.
Bildirilib ki, noyabrın 25-də baş verən insident nəticəsində həmin sərnişin yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Sərnişin təyyarədən düşürüldükdən sonra 1494 saylı reys Çikaqoya uçuşunu davam etdirib.
FTB həmin şəxsin saxlanıldığını, şahidlərin dindirildiyini və federal ittihamın irəli sürülməsi məsələsinin prokurorluqla müzakirə ediləcəyini açıqlayıb.
Federal Aviasiya Administrasiyası da hadisə ilə bağlı araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Noyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















