Qaraciyər xərçəngi və sirrozdan qorunmağın KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyada ən çox yayılan xəstəliklərdən biri olan qaraciyərin piylənməsinin vaxtında qarşısı alınmadıqda, sirroz və hətta xərçəng kimi ölümcül fəsadlara yol açır. Məşhur həkim-reabilitoloq Serqey Aqapkin və diyetoloq Oleq Krivçenkov bu təhlükədən sığortalanmağın sadə üsulunu açıqlayıblar.
KONKRET.az xəbər verir ki, mütəxəssislər qaraciyəri qorumaq üçün rasiona kasnı (hindiba) bitkisindən hazırlanan içkini daxil etməyi məsləhət bilirlər.
Həkim S. Aqapkin bildirib ki, yağlı hepatoz əsasən yüksək kalorili qidalar qəbul edən insanlarda yaranır. Müalicə olunmadıqda isə bu vəziyyət qaraciyərin funksiyasının tamamilə itirilməsi ilə nəticələnir.
Diyetoloq O. Krivçenkovun sözlərinə görə, kasnı bitkisinin tərkibindəki inulin maddəsi qaraciyərdəki iltihabı azaldır və həzm prosesini yaxşılaşdırır. Bundan əlavə, bu möcüzəvi içki qandakı şəkərin səviyyəsini tənzimləyir və “pis” xolesterini aşağı salaraq damarları da qoruyur. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 12 Aprel 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















