Icma.az
close
up
RU
Qaraciyər yağlanıbsa ölüm riski 35 dəfə artır

Qaraciyər yağlanıbsa ölüm riski 35 dəfə artır

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaraciyərin yağlanması xərçəngdən ölüm riskini 35 dəfə artırır.

Milli.Az xəbər verir ki, İsveçin Karolinska İnstitutunun alimləri bu qənaətə gəliblər.

Tədqiqatın nəticələri "Journal of Hepatology" jurnalında dərc olunub.

Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (yağlı hepatoz) olan insanlarda erkən ölüm riski ümumi əhaliyə nisbətən iki dəfə yüksəkdir. Xüsusilə xərçəngdən ölüm riski bu xəstələrdə 35 dəfə arta bilər. 

Alimlər 2002-2020-ci illər arasında təsdiqlənmiş yağlı hepatozu olan 13 mindən çox xəstənin sağlamlıq məlumatlarını təhlil ediblər. Yağlı hepatoz qaraciyərdə artıq yağın toplanması ilə xarakterizə olunur və ağır fəsadlara, o cümlədən sirroz və xərçəngə səbəb ola bilər.

Tədqiqat zamanı müəyyən olunub ki, yağlı qaraciyəri olan şəxslərin ümumi ölüm səviyyəsi müşahidə dövründə ümumi əhaliyə nisbətən təxminən iki dəfə yüksək olub. Bundan əlavə, bu qrupda xərçəngdən ölüm riski 35 dəfə çoxdur. Əvvəlki araşdırmalar göstərir ki, bəzi xəstələrdə xəstəlik fibroz və sirroza, nəticədə isə qaraciyər xərçənginə çevrilə bilər.

Yüksək erkən ölüm riski yalnız xərçəng və qaraciyər xəstəlikləri ilə bağlı deyil. Yağlı qaraciyəri olan insanlarda ürək-damar xəstəliklərindən ölüm 54%, qaraciyərdən asılı olmayan xərçəngdən ölüm isə 47% artıb. Həmçinin infeksiyalar, tənəffüs və həzm sistemi xəstəlikləri, endokrin pozuntular və digər xarici səbəblərdən ölüm hallarının da artdığı qeyd olunub.

Tədqiqatın müəllifi Aksel Vester bildirir ki, xəstəlik erkən mərhələdə əlamətsiz olur və xəstələr çox vaxt problemdən xəbərsiz qalırlar. Kompleks müayinə və erkən müdaxilə proqnozu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Ekspert vurğulayır ki, yağlı qaraciyər xəstəliyi riskini azaltmaq üçün sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət və diabet kimi risk faktorlarının idarə olunması vacibdir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri