Icma.az
close
up
RU
Qaradağda hesabat yığıncağı keçirildi FOTOLAR

Qaradağda hesabat yığıncağı keçirildi FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

8 yanvar 2026-cı il tarixdə Qaradağ rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş hesabat yığıncağı keçirilib. 

"Unikal" xəbər verir ki, yığıncaq 2025-ci ildə Qaradağ rayonunda sosial-iqtisadi inkişafın yekunlarına, həyata keçirilmiş tədbirlərin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunub. 

Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar. 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının “Ərazi-təşkilat məsələləri şöbəsi”nin 1-ci ərazi sektorunun müdiri  Tağı Tağıyev, milli məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Zaur Şükürov, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, aidiyyəti mərkəzi icra hakimiyyəti qurumlarının yerli strukturları, bələdiyyə sədrləri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Hesabat yığıncağında qeyd olunub ki, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” kimi ölkənin siyasi, sosial və iqtisadi həyatında mühüm mərhələ olmuş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Qaradağ rayonunda da öz real nəticələrini vermişdir.

Vurğulanmışdır ki, 2025-ci il ərzində rayonda sənaye, tikinti, nəqliyyat, istehlak bazarı, sosial infrastruktur, məşğulluq, abadlıq və yaşıllaşdırma sahələrində müsbət dinamika qorunmuşdur. Yeni istehsal müəssisələri açılmış, mövcud sənaye obyektləri modernləşdirilmiş, əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.

Xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonunda “Mətanat-A” şirkətinin “AZVUL” mineral daş yunu zavodunun açılışında şəxsən iştirakı rayona göstərilən yüksək dövlət diqqətinin bariz nümunəsidir. Bu açılış Qaradağın ölkənin sənaye potensialının inkişafında mühüm rol oynadığını bir daha təsdiqləmişdir.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın Qaradağ rayonunun Qobustan qəsəbəsində 1,5 hektar sahədə yeni salınmış parkın açılışında iştirakı rayon sakinləri tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Sözügedən park ərazidə ekoloji mühitin yaxşılaşdırılmasına, əhalinin istirahət imkanlarının genişləndirilməsinə və sağlam həyat tərzinin təşviqinə xidmət edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Ərazi-təşkilat məsələləri şöbəsi”nin 1-ci ərazi sektorunun müdiri  Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2025-ci ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2026-cı ildə Qaradağlılara  böyük uğurlar arzuladı.    

Hesabat yığıncağında təhsil, səhiyyə, sosial müdafiə və idman sahələrində əldə olunan nailiyyətlər də diqqətə çatdırılmış, aztəminatlı ailələr, şəhid ailələri və qazilər, əlilliyi olan şəxslər və tənha yaşlıların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.

Sonda qeyd olunmuşdur ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Qaradağ rayonunun planlı inkişafı, müasir şəhərsalma prinsiplərinin tətbiqi və yaşayış mühitinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaradır. Rayon ictimaiyyəti bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafı naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olduğunu ifadə etmişdir


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri