Qaradağda maşın yanıb
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
