Qaradağda narkotik əməliyyatı Video
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.
Yeniavaz.com DİN-in yaydığı məlumata istinadla xəbər verir ki, rayon ərazisində keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov saxlanılıblar.
“Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Qaradağda narkotik əməliyyatı Video
10 Aprel 2026 17:15
Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi Video
01 May 2025 17:46
Qaradağda 10 kq narkotik aşkarlanıb VİDEO
25 Fevral 2026 11:57
Xəzərdə narkotik əməliyyatı VİDEO
24 Dekabr 2024 11:43
Yasamalda narkotik əməliyyatı VİDEO
12 Fevral 2025 19:57
Baxış sayı:131
Bu xəbər 07 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















