Icma.az
close
up
RU
Qaranın De Byazi ilə görüşünə imkan verməyiblər “Şəxsən mənə elə bir müraciət olmayıb”

Qaranın De Byazi ilə görüşünə imkan verməyiblər “Şəxsən mənə elə bir müraciət olmayıb”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Başa çatmaqda olan həftənin maraqlı xəbərlərindən biri də Qara Qarayevin “Araz-Naxçıvan”a transferidi.
Qaranın karyerasında qara zolaq bitdi, yenidən ağ zolaq başladı. Futbolçu bir ay öncə karyerasını bitirə də bilərdi ki, çoxları elə məhz bunu düşünürdü. “Neftçi”dən vaxtsız ayrılmaq məcburiyyətində qalan Qaraya Elmar Baxşıyev inandı, öz yayına çəkdi.
“Qarabağ” yetirməsi olan, Çempionlar Liqasında, Avropa Liqasında forma tərlədən, “Neftçi” kimi köklü klubun oyunçusu olmuş Qarayevə, görünür, bu cür isti münasibət lazım imiş. Transferin ardından “Report”a müsabibə verən 32 yaşlı futbolçuya yığma ilə bağlı da sual ünvanlanıb.
- Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi tərəfindən heyətdən kənarlaşdırılmağınızı necə xatırlayırsız?
- Əslində hər şeyin kökü milli komandaya dayanır. Həmin vaxt yığmadan çox incimişdim. Baş məşqçi heç bir səbəb olmadan məni heyətdən çıxardı. Təəssüf ki, mənə qarşı bu addımdan sonra heç kim yanımda olmadı. O, mətbuata açıqlamışdı ki, hər kəs millidə qələbəyə sevinərkən Qara kənarda dayanmışdı. Bu çox gülünc söhbət idi. Üzüldüyüm məqam o idi ki, bu məsələdən sonra heç kim yanımda olmadı. Onun qərarına təsir edə biləcək insanların dəstəyini görmədim. Bildirmişdim ki, De Byazi ilə görüşmək, söhbət etmək istəyirəm. Hardasa səhvim varsa, özümə desin, mən də ona hər şeyi izah edim. Amma məni onunla görüşdürmədikləri üçün çox incidim”.
Bu məqamda ağla bir çox adam gəlir ki, Qaranın italiyalı mütəxəssislə görüşməsinə yardım edə bilərdi. İlk növbədə də millimizin sabiq çalışdırıcısı, De Biyazinin köməkçisi Arif Əsədov. Onunla əlaqə saxlayaraq Qaranın iradına izah verməsini istədik:

“Hə, müsahibəni mən də oxudum. Amma burda Qaranın işarə etdiyi kimdi, onu deyə bilmərəm. Şəxsən mənə elə bir müraciət olmadığından fikir söyləyə bilmərəm. Amma mən millinin müvəqqəti məşqçisi olanda da Qara "Neftçi"də idi. Müsahibələrimdə də bildirirdim ki, hər zaman qapı açıqdı. Sadəcə, o dönəmdə Qara əsas heyətdə oyňamırdı. Bir futbolçu, bir insan kimi həmişə onun haqda müsbət fikirdə olmuşam. Mənə elə bir müraciət olmayıb ki, mən onu görüşdürməyim və yaxud görməzdən gəlim. O baxımdan nəsə deyə bilmərəm. Qaraya ancaq uğurlar arzulayıram.  Həmişə demişəm ki, Qara Azərbaycan futbolunda adından söz etdirmiş futbolçulardandı. Bu baxımdan onun hələ də oynamaq gücü var, hər komandaya kömək edə bilər. Ona ancaq uğurlar arzulayıram”.


RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri