Icma.az
close
up
RU
Qardaş ölkədə birlik dövrü başlayır

Qardaş ölkədə birlik dövrü başlayır

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Bəs bu, türklərlə kürdlər arasındakı münasibətlərə necə təsir edəcək?

Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, zamanında kürd terroru PKK təşkilatı Türkiyəni parçalamaq, zəiflətmək və cəmiyyətdə qütbləşməni artırmaqla ölkəyə süni təzyiq mexanizmləri yaratmaq məqsədi daşıyırdı:

"Bu problem artıq 30 ildən çoxdur ki, Türkiyənin başına bəla olub, böyük itkilərə, hətta yüz milyardlarla, trilyonlarla dollar maddi zərərə səbəb olub. Halbuki bu vəsait xalqın rifahına, ölkənin inkişafına sərf oluna bilərdi. Bu gün “terrorsuz Türkiyə” layihəsi çərçivəsində əsas məqsəd ölkədəki qütbləşməni aradan qaldırmaq, cəmiyyətin vahid olmaq imkanını artırır. Çünki birlik - güc, azadlıq deməkdir. Bu həm də Türkiyənin, türk millətinin həm regional, həm də qlobal səviyyədə geosiyasi maraqlarına xidmət edir".

N.Miri qeyd edib ki, artıq Türkiyə 30 il əvvəlki kimi deyil – o, təkcə “oyun pozan” deyil, həm də “oyun quran” bir dövlətdir:

"Bu gün Türkiyəsiz regionda və ya dünyada heç bir böyük geosiyasi layihəni həyata keçirmək mümkün deyil. Türkiyə bütün münaqişələrin həllində sülh missiyasını ortaya qoyur. Getdikcə güclənən və böyüyən qardaş ölkənin inkişafının davamlı olması üçün daxili birliyə və milli həmrəyliyə ehtiyac var. Toplum bir mərkəzdən, bir amal uğrunda hərəkət etməli, “çəkiclər eyni nöqtəyə vurulmalıdır”. Bu halda Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməz".

Politoloqun sözlərinə görə, türk–kürd münasibətləri kontekstində cəmiyyətdə qütbləşmə aradan qaldırılarsa, bu, həm dominant xalq olan türklərin, həm də kürdlərin xeyrinə olacaq:

"Barış və qarşılıqlı anlaşma şəraitində həmin bölgələrdə iqtisadi inkişaf sürətlənəcək, insanların rifah səviyyəsi artacaq, cəmiyyətdə nifrət yerini sevgi və dostluğa verəcək. Türkiyədə bütün xalqların birliyə və barışa ehtiyacı var. Tarix göstərir ki, xalqları parçalamaqla onları zəiflətməyə, üzərlərində hökmranlıq qurmağa çalışıblar. Lakin əsl inkişaf, azadlıq və güc yalnız birlikdən keçir. Bunu anlamayan etnik qruplar güdaza gedib və minlərlə övladlarını itiriblər. Ona görə də hansısa qlobal geosiyasi güclərin əlində alətə çevrilməkdənsə, cəmiyyət bir olub, hürr olmalıdır, möhkəm olmalıdır və kimsənin bu birliyi parçalamasına imkan verməməlidir. Bütün xalqların inkişafı azadlığı, yüksək yaşam səviyyəsi yalnız və yalnız birlikdən keçir və düşünürəm ki, Türkiyədə də bütün etniklər bunu anlayır və yaxud da anlamağa başlayıb".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri