Icma.az
close
up
RU
Qardaş ölkədə silahlar işə düşdü: müharibə başlayır? Bakı narahatdır

Qardaş ölkədə silahlar işə düşdü: müharibə başlayır? Bakı narahatdır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, aprelin 26-dan etibarən Pakistan və Hindistan arasında baş verən atışmalar bölgədə vəziyyəti daha da gərginləşdirib. Bir çox beynəlxalq mənbələr bu toqquşmanın tammiqyaslı müharibəyə çevrilə biləcəyini proqnozlaşdırır. Nüvə silahına malik iki qonşu dövlət arasında münasibətlər uzun müddətdir ki, gərgin idi. İndi isə prosesin genişmiqyaslı müharibə fazasına keçməsi ehtimalından danışılır.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Pakistan ölkəmizlə dost və müttəfiq olan, hər zaman dəstəyini hiss etdiyimiz ölkədir:

“Odur ki, indi dost bir ölkənin Hindistanla müharibə vəziyyətinə gəlib çatması bizi dərindən narahat edir.

Məlum olduğu kimi, nüvə silahına malik iki qonşu ölkə 1947-ci ildən Kəşmir səbəbindən münaqişə vəziyyətindədir. Hindistan və Pakistan arasında son gərginlik 2019-cu ilə təsadüf edir. Həmin il canlı bomba hücumu zamanı Hindistan təhlükəsizlik xidmətinin 40 əməkdaşı ölmüş və bundan sonra Dehli bir sıra istiqamətlərdə aviazərbələr həyata keçirmişdi. Həmin vaxtdan bəri nisbi sakitlik hökm sürsə də, Kəşmir bölgəsində aprelin 22-də baş verən və 26 mülki şəxsin həyatını itirməsinə səbəb olan terror hücumu münasibətləri yenidən gərginləşdirdi.

Şübhəsiz ki, gərginləşən münasibətlər regional sabitliyi və nüvə silahına malik qonşular arasında münasibətlərin gələcəyini ciddi təhlükə altına alır”.

Politoloqun sözlərinə görə, rəsmi Yeni Dehli hücumun məsuliyyətini birbaşa Pakistana yönəldərək təxribatın arxasında İslamabadın dayandığını iddia edir:

“Lakin Pakistanın bu hadisənin arxasında olduğunu sübut edən hər hansı bir arqument ortaya qoya bilməyib. Buna baxmayaraq, hər iki tərəf artıq bir sıra tədbirlərə əl atıb.

Hadisədən dərhal sonra Hindistan sərhəd keçid məntəqəsini bağladı, İndus Suyu Müqaviləsini dayandırdı, Pakistan diplomatlarını ölkədən çıxardı və Pakistan vətəndaşlarına verilmiş vizaları ləğv etdi.

Öz növbəsində, Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağıraraq bir sıra qərarlar qəbul etdi. Qəbul olunmuş qərarlara əsasən Hindistan hava yollarına Pakistan hava məkanından istifadə qadağan olundu, ticarət əməkdaşlığı dayandırıldı, Hindistandakı yüksək komissar geri çağırıldı, hind hərbi müşavirləri persona non grata elan olundu və Hindistan vətəndaşları üçün vizalar ləğv edildi.

Vaqah sərhədinin bağlanması və diplomatik münasibətlərin aşağı səviyyəyə endirilməsi iki ölkənin qarşıdurma kursunu seçdiyinə işarə edir. Pakistanın su resurslarına müdaxilə ediləcəyi təqdirdə bunu “müharibə aktı” kimi qəbul edəcəyini bəyan etməsi isə vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir”.

Rəşad Bayramovun fikrincə, su resursları olduqca həssas məsələdir:

“Məlumdur ki, İndus Suyu Müqaviləsi 1960-cı ildə Hindistan və Pakistan arasında Dünya Bankının vasitəçiliyi ilə imzalanmış beynəlxalq sazişdir.

Müqavilə İndus çayı və onun qolları üzərindəki su resurslarının bölüşdürülməsi ilə bağlı məsələləri tənzimləyir. Müqaviləyə əsasən, İnd çayının altı qolu iki ölkə arasında bölünür. Hindistana üç şərq çayı — Ravi, Bias və Satleç, Pakistana isə üç qərb çayı — İnd, Cilam və Çənab ayrılır.

İndi isə 60 ildən artıq müddət ərzində ilk dəfədir ki, tərəflərdən biri faktiki olaraq öhdəliklərini dayandırır. Baxmayaraq ki, bu müqavilə birtərəfli imtina və ya dayandırma mexanizmini nəzərdə tutmur.

Pakistan üçün ən həyəcanverici məsələ də məhz bununla bağlıdır. Çünki bu, sadəcə diplomatik addım deyil, həm də Pakistanın iqtisadi və ərzaq təhlükəsizliyinə vurulan zərbədir. Belə ki, Pakistanın becərilən torpaqlarının 80 faizi bu çayların suyu ilə suvarılır, ölkədəki bütün şirin su ehtiyatlarının 90 faizi İnd çayı hövzəsinə aiddir və nəhayət, elektrik enerjisinin 60 faizi həmin çaylar üzərindəki hidro mənbələrdən əldə edilir. Su Müqaviləsinin dayandırılması Hindistanın vəziyyəti əvvəlki gərginliklərdən fərqli olaraq daha strateji səviyyəyə qaldırdığını göstərir. Pakistan isə öz növbəsində su resurslarına müdaxilə ediləcəyi təqdirdə bunu “müharibə aktı” kimi qəbul edəcəyini bəyan edib”.

Rəşad Bayramov

Politoloq vurğulayıb ki, Hindistanın sayca dünyanın beşinci ordusuna sahib olması, Pakistanın isə döyüş başlıqlarının sayına görə altıncı nüvə dövləti olması baş verə biləcək müharibənin necə ağır nəticələrə gətirib çıxara biləcəyini ehtimal etməyə imkan verir:

“Tərəflərin hər ikisinin nüvə silahına malik olması genişmiqyaslı müharibə üçün çəkindirici faktor ola bilər. Əvvəllər də olduğu kimi Hindistan tərəfindən Pakistan nəzarətində olan və formal olaraq terrorçuların infrastrukturlarına qarşı hansısa məhdud aviazərbələr endirilə və Pakistan tərəfindən buna raket zərbələri ilə cavab verilə bilər.

İki ölkə arasında bu şəkildə gərginliyin avtomatik olaraq regionda enerji, təhlükəsizlik və ticarət layihələrinin gələcəyini böyük sual altına qoyduğunu, baş verə biləcək müharibənin ABŞ, Çin və Rusiya kimi ölkələrin bölgəyə münasibətinə və strateji maraqlarına təsir göstərəcəyini nəzərə alaraq demək olar ki, biz qısa müddət ərzində adı çəkilən ölkələrin, BMT-nin, eyni şəkildə Körfəz ölkələrinin də tərəflər arasında gərgin münasibətləri dayandırmaq üçün hərəkətə keçəcəyinə şahidlik edə bilərik. Çünki əks halda bu gərginlik tammiqyaslı müharibəyə, açıq hərbi toqquşmalara gətirib çıxara bilər ki, bu da nüvə silahından istifadəyə səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri