Icma.az
close
up
RU
Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi uğurla başa çatdı

Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi uğurla başa çatdı

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni nəşr: “Çoban Məhəmməd və Səlvi Xuraman” dastanı

Azərbaycanın zəngin musiqi ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində Qərbi Azərbaycan bölgəsinin folklor yaddaşında mühüm yer tutan “Çoban Məhəmməd və Səlvi Xuraman” dastanı toplanaraq ilk dəfə kitab halında nəşr edilib.


Dastan Qərbi Azərbaycanın Göyçə aşıq mühitində formalaşmış sənət ənənələrinin parlaq nümunələrindən biridir. Əsər həm tarixi-mədəni, həm də bədii-musiqili baxımdan yüksək dəyərə malikdir. Dastanda aşıq Ələsgərin qardaşı sayılan Çoban Məhəmməd və Dağıstanlı Səlvi Xuraman arasında gedən söz, sənət və mərifət yarışması təsvir olunur. Bu rəvayət yalnız sənətkarların istedadını deyil, həm də o dövrün aşıq mühitində hökm sürən mənəvi-estetik dəyərləri əks etdirir.
Layihə rəhbəri Fəridə Mirişova bildirib ki, bu nəşr Qərbi Azərbaycan aşıq mühitinin tədqiqi və sənədli qaynaqlarla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Əsərin həm yazılı, həm də səsli variantlarını qorumaqla biz itirilmiş mədəni yaddaşın bir parçasını yenidən bərpa etmiş oluruq. Bu dastan xalqın dilini, musiqisini və ruhunu daşıyan qiymətli irs nümunəsidir.”
Layihə çərçivəsində dastanın mətn variantı elmi əsaslarla sistemləşdirilib, havalar aşıq ifa ənənəsinə uyğun olaraq nota salınıb, həmçinin rəqəmsal arxivə daxil edilib. Bununla da Qərbi Azərbaycan musiqi irsinin öyrənilməsinə, qorunmasına və gələcək tədqiqatlara töhfə verən yeni bir mənbə formalaşdırılıb.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi gələcəkdə də Qərbi Azərbaycan aşıq mühitinə, folklor və musiqi irsinə dair tədqiqatların davam etdirilməsini qarşısına məqsəd qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri