Icma.az
close
up
RU
Qardaş Türkiyənin Qarabağ və Şərqi Zəngəzurun bərpasına töhfəsi artır

Qardaş Türkiyənin Qarabağ və Şərqi Zəngəzurun bərpasına töhfəsi artır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlıdır. Bütün bu tədbirlər ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara hər səfəri çoxsaylı əhəmiyyətli layihələrin reallaşması və bu ərazilərdə yüksək inkişafın təməlinin qoyulması ilə əlamətdar olur.

Artıq 5 ildir ki, tarixi Zəfərin sevincini yaşayan xalqımız 30 ilə yaxın erməni vandalizminə məruz qalmış torpaqlarımızda həyatın tədricən əvvəlki məcrasına qayıtmasına şahidlik edir. Bütün bu işlər ölkə əhalisi tərəfindən razılıqla qarşılanır, keçmiş məcburi köçkünlərin yurd intizarına son qoyulur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrəti, daxili imkanları hesabına həyata keçirilsə də, bir sıra dost və qardaş ölkələr yenidənqurma tədbirlərinə öz töhfələrini verməyə çalışırlar.

Bu baxımdan xalqımız bərpa-quruculuq işlərinin ilk vaxtlarından etibarən Türkiyənin dost və qardaş köməyini hər an hiss edib. Dekabrın 23-də Bakıda keçirilmiş II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda da bu barədə ətraflı söhbət açılıb, xalqlarımız arasında əbədi dostluq və qardaşlığın tərənnümü olan “Bir millət, iki dövlət” deyiminin əməli nəticələri bir daha diqqətə çatdırılıb.

Bu ali köməyi, dost və qardaş yardımını qədirbilənliklə xatırladan Azərbaycanın Baş naziri Əli Əsədov bildirib ki, Türkiyə indiyədək ölkəmizin iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub. Qardaş ölkənin 20-yə yaxın şirkəti işğaldan azad edilmiş ərazilərdə ümumi dəyəri, təqribən, 5 milyard dollar olan 50-yə yaxın layihə icra edir. Ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayan hökumət başçısı Türkiyə şirkətlərinin bu məkanlarda uğurla fəaliyyətini yüksək qiymətləndirib. Qarabağ və Şərqi Zəngəzurda investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğunu vurğulayan Baş nazir Türkiyə şirkətlərini bu məsələdə daha fəal olmağa dəvət edib.

Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat ölkələrimiz arasında uğurlu iqtisadi əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq bildirib ki, türk şirkətləri indiyədək Azərbaycanda, təxminən, 560 layihə icra edib. Həmin şirkətlərin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında mühüm rol oynadığını vurğulayan nazir bildirib ki, qəhrəman Azərbaycan Ordusunun uğurları və şəhidlərin fədakarlığı nəticəsində azad edilmiş Qarabağın yenidən qurulması prosesində Türkiyə şirkətləri 5 milyard dollardan artıq dəyərdə layihələrlə iştirak edib. Onun sözlərinə görə, hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir.

Yeri gəlmişkən, türkiyəli nazir Bakıda verdiyi müsahibəsində Qarabağ və Şərqi Zəngəzurun birgə istehsal və regional ixrac platformasına çevrilə biləcəyini vurğulayıb. Türkiyənin Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri çərçivəsində 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi inteqrasiyası prosesini yaxından izlədiyini və fəal şəkildə dəstəklədiyini bildirən Ömər Bolat ölkəsinin iş adamları ilə keçirdiyi bütün görüşlərdə onları Qarabağda yaradılmış sənaye zonalarına investisiya qoymağa təşviq etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin həmin bölgələr üçün formalaşdırdığı geniş və hərtərəfli investisiya təşviqləri Türkiyə investorları üçün cəlbedici mühit yaradıb. Nazir bildirib ki, Türkiyə podratçı şirkətləri tərəfindən Azərbaycanda icra olunmuş 21,1 milyard ABŞ dolları dəyərində layihələrin 4,8 milyard dolları məhz işğaldan azad edilmiş ərazilərin payına düşür. Bu göstərici türk şirkətlərinin Qarabağda fəaliyyətə olan marağının həm yüksək, həm də davamlı olduğunu aydın şəkildə ortaya qoyur.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpaolunan enerji potensialı ilə zəngindir. Məhz bunu nəzərə alan prezident İlham Əliyev bu əraziləri “yaşıl enerji” zonası elan edib. Bu da qardaş ölkənin şirkətləri üçün yeni perspektivlər açır. Müsahibəsində bu vacib məqama toxunan türkiyəli nazir bu bölgələrdə nəzərdə tutulan su elektrik stansiyaları, günəş və külək enerjisi layihələrinin mühüm hissəsinin Türkiyə şirkətlərinin iştirakı ilə həyata keçiriləcəyini ümid etdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli də Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni generasiya güclərinin qurulmasını əsas prioritetlərdən biri kimi dəyərləndirərək bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilə diqqətəlayiq olduğunu vurğulayıb. O, Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihənin icrasının həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəvi əməkdaşlıq modeli adlandırıb.

Nazir müavini azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanlarının mövcudluğunu xatırladaraq bu ərazilərin birgə investisiya layihələrinin reallaşdırılması üçün böyük potensiala malik olduğunu deyib. Onun sözlərinə görə, bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir yaşayış məskənləri formalaşdırılır, regionlar “yaşıl enerji zona”ları elan edilib. Qeyd olunub ki, artıq fəaliyyətə başlamış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası, yeni beynəlxalq hava limanları, sürətlə qurulan nəqliyyat infrastrukturu, eləcə də biznes üçün təqdim olunan güzəşt və təşviqlər bu ərazilərin investorlar üçün cəlbediciliyini artırır.

Yeri gəlmişkən, ötən ilin payızında Türkiyə kapitallı “Birlik Deri” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Yeni qeydiyyata alınmış türk şirkəti tərəfindən sənaye parkına 20,8 milyon manat investisiya yatırılacağı gözlənilir. Parkın ərazisində dəri və dəri məmulatların istehsalı layihəsini həyata keçirən şirkət layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaratmağı hədəfləyir.

Bununla yanaşı, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında da Türkiyə ilə əlaqəli rezidentlər var. Belə ki, “Desen MM” MMC Türkiyənin qabaqcıl texnologiyalarından istifadə edərək burada boya fırçası və rulosu istehsalına başlayıb, bu da sözügedən sənaye parkında türk investisiyalarının və texnologiyalarının istifadə olunduğunu göstərir.

Forum çərçivəsində keçirilən panel müzakirəsində iştirak edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat isə deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar inkişaf layihələri Azərbaycan–Türkiyə əməkdaşlığı üçün yeni imkanlar yaradır və regional qida təhlükəsizliyinə mühüm töhfə vermək potensialına malikdir: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan aqroparklar, müasir istehsal sahələri və logistika mərkəzləri təkcə ölkənin milli inkişafına deyil, eyni zamanda, regionun ərzaq təhlükəsizliyinə xidmət edəcək. Bu ərazilərdə formalaşdırılan aqrar infrastruktur Türkiyənin texnoloji, institusional və idarəetmə təcrübəsi ilə birləşdikdə hər iki ölkə üçün “qazan-qazan” prinsipi əsasında nümunəvi əməkdaşlıq modeli yarana bilər”.

Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri