Icma.az
close
up
RU
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” silsiləsindən ilk yazını təqdim edir.

15 yaşında sevmək olarmı? Bilmirəm. Amma ilk dəfə onda qonşu qızı İntizarı sevirdim. Biz üçüncü, İntizargil isə ikinci mərtəbədə yaşayırdı. Məktəbdən gələndə arxasınca düşür, günboyu ona göz qoyur, axırda da narıncıya boyadıqları eyvanlarının aşağısında gözləyirdim ki, pəncərəyə çıxsın. İntizar pərdələri aralayıb, saçını oynada-oynada ətrafa tamaşa edəndə az qalırdım quş olub yanına uçam.

Günümün böyük hissəsi ikinci mərtəbədə keçirdi. Dəhlizdə gözüm onu axtarır, hər ayaq səsinə döyükür, onu görəcəyimi ağlımdan keçirəndə məni əsməcə tuturdu. İntizarı gözləməyim bəzən digər qonşuları narahat edirdi. Xüsusən, xalalar məni şübhə ilə süzür, az qalırdılar məni yaş yuyub quru sərsinlər.

İntizarla görüşlərimiz ancaq eyvanda baş tuturdu. O məni elə öyrəşdirmişdi. Məktəbdən gələn kimi pəncərədə peyda olurdu. Mən də saçlarımı jeleləyib, ətirlənib pəncərələrinin altına gəlirdim. Divara söykənir və ona baxırdım. İntizarla gözlərimizlə danışırdıq, sözlərə ehtiyac qalmırdı. Hər gün eyni ssenari təkrarlanırdı. Mən İntizarı yalnız uzaqdan görə bilirdim. Heç vaxt onun yaxınına düşə bilmirdim. Ona yaxın olmaq mənim üçün dünyanın ən aşılmaz səddi kimi gəlirdi.

Yaz fəslinə yaxın gözlərim zəifləməyə, uzağı görməkdə çətinlik çəkməyə başladım. Həkim eynək taxmalı olduğumu desə də, mən razı olmadım. O vaxt İntizarın gözümdə eynək görsə, məni sevməyəcəyini düşünürdüm. Sən demə, İntizarın da gözləri zəifləyibmiş. Yalan-doğru bu xəbəri mənə bacım demişdi. Deyəsən, İntizar da eynək taxmaqdan imtina etmişdi. O gün bacım bu xəbəri mənə çatdıranda, elə hey bunu düşünürdüm: “Görəsən, İntizar da mənə gözəl görünmək üçün eynək taxmır? Ya başqa biri üçün?” İntizarı eynəkli təsəvvür edir, onu yenə sevirdim. Yox, mən onu eynəkli də sevərdim.

Yenə “eyvan görüş”lərimiz davam edirdi. Bu dəfə ikimizin də gözümüz zəif gördüyündən, güc-bəla baxışırdıq. Gözlərimizi qıyıb bir-birimizə baxmağa çalışdığımızı qıraqdan kimsə görsə, yəqin, gülməkdən qarnı cırılardı. Ancaq mənim vecimə deyildi. Heç İntizar da, deyəsən, bu vəziyyətdən şikayətçi deyildi. Əslində, bəlkə də, bu “bulanıq baxışmalar”ımız bizi bir-birimizə daha da yaxın edirdi. Mən niyəsə zəif gözlərimlə İntizarı daha çox sevdiyimi hiss edirdim. İntizarın isə nə düşündüyünü bilmirdim. Dost-tanışımla gənəşirdim, onlar da “əgər qız baxırsa, demək, nəsə var” deyirdilər. İntizar isə sadəcə baxırdı. Bəlkə də, heç mənə baxmırdı. Sadəcə küçəyə baxırdı. Məni görmürdü.

Heç vaxt onunla danışa bilmədim. Blokun ağzında neçə dəfə gözləmişdim ki, gəlsə, danışaram. Ancaq sonra tez əlimi üzmüşdüm. Utanırdım. Sonra qərara gəldim ki, məktub yazım. İndiki uşaqlar bilməz, o vaxtın “messenceri” məktublar idi. Xəttim yaxşı olmadığı üçün məktubları bacım yazırdı. Bacımı özümə stenoqraf tutmuşdum. Mən otağın içində var-gəl edə-edə ağlıma gələnləri deyir, bacım da səliqəli şəkildə yazırdı. Sonradan kağızı qızılgül formasında kəsirdi. Deyəsən, bacım rəssamlıq yaradıcılığına da ilk dəfə belə başlamışdı, qardaşının sevdiyinə yazdığı rəsmli məktublarla. Çünki məktubun içində bəzən bacım özündən nəsə çəkirdi. Ya balıq şəkli, ya da dəniz ulduzu.

İntizar isə məktublara cavab vermirdi. Dəhlizdə rastlaşanda üzündən hiss edirdim ki, oxuyur hamısını. Üzündə məktublarımı oxuduğunu göstərən təbəssüm olurdu həmişə. Amma niyəsə məktubların hədəfə dəymədiyini düşünürdüm. Yəqin, məktub mətni zəif alınırdı deyə, İntizar mənə cavab vermirdi. Axı heç olmasa o məktublardan biri onun qəlbindəki qıfıllı qapını açdırmalı və günlərin bir günü rastlaşanda məni saxlayıb qollarını açmalı idi... Nə isə, həmin gün məktubları yazan bacımdan acığımı çıxdım. Bacım isə dedi ki, sən nə demisən, mən də onu yazmışam. Üstəlik, üstümə çəmkirdi ki, bir də hansısa qıza məktub yazdırmaq üçün yanıma gəlmə, belə bacarırsan, özün yaz. Yalvar-yaxar eləsəm, dil töksəm də, xeyri olmadı, bacım daş atıb başını tutdu. Sonradan, gecənin bir vədəsi, deyəsən, ürəyi yumşaldı, gəlib dedi ki, bəs, bir-iki günə Qadınlar bayramı gəlir, bəlkə, İntizara nəsə alasan? Bu fikir ağlıma batdı, yerimdən durub bacımı qucaqladım.

8 Martda İntizara ətir aldım. Qonşu qızı ilə ona hədiyyəmi çatdırdım (yeri gəlmişkən, onu da deyim ki, sonradan bu hədiyyəni çatdıran qızı sevmişdim). Bir neçə gündən sonra isə ətirlə bağlı bəd xəbər eşitdim. Sən demə, İntizar ona aldığım ətiri sinifdəki bütün qızlara vurubmuş. Üstəlik, lağ-lağı edə-edə... Bu xəbəri eşidən kimi elə bil başımdan aşağı qaynar su töküldü. İntizardan intiqam almaq istədim. Qardaşımı, qonşudakı oğlanları evə yığdım. Ata-anam harasa qonaqlığa getmişdilər. Bacım da evdə yox idi. Planım bu idi: ev telefonundan İntizara zəng vurub onu qorxudacaqdım. Əvvəlcə qardaşım zəng vurdu. Hamımız səsləri eşidirdik. Dəstəyi İntizar götürdü. İntizar əvvəlcə qardaşımın qorxulu səsindən qorxsa da, sonradan qəşş çəkdi. Oğlanlar təəccüblə bir-birilərinə baxdılar. Heç iki dəqiqə keçmədi ki, İntizar qardaşıma xoş sözlər deməyə başladı. Final isə daha dəhşətli idi: iki gün sonra onu görüşə çağırırdı. Qardaşımdan sonra o biri oğlanlar da bir-bir İntizarla danışdılar. Və qəribədir ki, İntizar hamısı ilə bu şəkildə danışdı. Hər biri ilə tanış olub, görüş vədi verdi.

Sevgim daşa dəymişdi. Sonrakı günlər İntizarı məhəllədə görmürdüm. Bilmirəm, qardaşımmı, ya bacımmı çatdırmışdı, İntizara olan məhəbbətimdən atam da xəbər tutmuşdu. Atam axşam evə gələndə, mənə baxıb gülümsündü:

– Ə, aşiqmi olmusan?

– Nəm, dədə...

– Kimdi, ə?

– İntizar.

– Rzanın qızı?

– Hə.

Atam o gün bu sözləri deyəndə, deyəsən, həm də ilk sevgimə son nöqtəni vurmuşdu:

– Gözünə nə deyim, ə, o arıq-tırıq, qara pıspısanın nəyinə vurulmusan?

Qızının cəsədinə sarılan atanın fəryadı Rasim Qaraca: “Müasir ədəbiyyatımız başdan-ayağa təqliddir” - Müsahibə Yer darsıqalıydı, kondisionerlər işləmirdi, amma... – Yazıçılar kitab sərgisindən danışdılar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Dekabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri