Qardaşın qardaşa sözü varsa, bunu təklikdə deməlidir Türkiyəyə ÇAĞIRIŞ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bəzi Türkiyə rəsmilərinin məktəb və hicab məsələləri üzərindən Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməyə çalışması, hətta ölkə başçısını hədəf alan açıqlamalar səsləndirməsi qəbuledilməzdir".
Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev dedi.
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri gündəlik siyasi mübahisələrdən asılı deyil:
"Dövlətlər arasında anlaşılmazlıq yaranan zaman məsələ qarşılıqlı hörmət və diplomatik ünsiyyət çərçivəsində müzakirə edilməlidir. Azərbaycanın qəbul etdiyi qərarları Türkiyə mediası və ictimaiyyəti qarşısında hədəfə almaq, bu məsələləri siyasi və ideoloji müstəviyə daşımaq iki ölkənin münasibətlərinə xələl gətirə bilər. Eyni zamanda, qardaşın qardaşa sözü varsa, bunu təklikdə deməli, öz aralarında müzakirə etməlidir. Hazırda Azərbaycana qarşı aparılan təbliğat münasibətlərə xələl gətirə bilər. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ayrı-ayrı şəxslərin bizə münasibəti ilə ölçülə bilməz. Xalqlarımızın dostluğu və qardaşlığı tarixi köklərə söykənir və bu münasibətləri qorumaq hər iki tərəfin məsuliyyətidir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Oktyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















