Icma.az
close
up
RU
Azərbaycanın reallıqlarını daha yaxşı öyrənməlidirlər Türkiyəyə ÇAĞIRIŞ

Azərbaycanın reallıqlarını daha yaxşı öyrənməlidirlər Türkiyəyə ÇAĞIRIŞ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.  

Mətbuata açıqlamasında Fidan iki ölkə arasındakı bağın müharibə və böhran dövrlərində sınandığını, liderlər arasında sarsılmaz dostluq və qardaşlıq olduğunu deyib. O, hazırkı fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat alətinə çevrilməsinə ehtiyac olmadığını da bildirib. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azər Qasımov bildirib ki, Hakan Fidanın bəyanatı doğru olsa da, bu durumun yaradılmasının səbəbkarı biz deyilik. Onun sözlərinə görə, sosial media üzərindən Türkiyədən Azərbaycana qarşı kampaniya aparan insanların sosial və milli tərkibini nəzərə alaraq söylənilən fikirlərin bizi istəməyən insan və qruplaşmaların olduğu gerçəyini qəbul edərsək, Hakan Fidanın bu fikirləri yerinə düşür:

"Amma AKP rəsmisinin partiya adından yayılan bəyanatı Azərbaycan tərəfini çox üzdü. Hakan Fidan əslində qeyd etdiyi fikirləri öz partiyadaşlarına xitabən söyləsəydi, daha doğru olardı. Azərbaycan həmişə dostluğa və qardaşlığa sadiq ölkə olmaqla yanaşı, heç vaxt bu qardaşlığın sui-istifadə edilməsinə yol verməz". 

Politoloq Azər Qasımov

Politoloq vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və onun özünə xas siyasi və tarixi reallıqları mövcuddur. Türkiyədəkilərin bundan xəbəri olmaya bilər. 

"Hesab edirəm ki, türkiyəli qardaşlarımız Azərbaycanın reallıqlarını daha yaxşı yaxından öyrənməyə məcburdurlar. Xüsusən də "Bir millət iki dövlət" prinsipini əldə rəhbər tutaraq, bunu öyrənməlidirlər. Ümid edirik ki, Hakan Fidan Türkiyəyə qayıtdıqdan sonra öz partiyadaşları daxilində bu məsələni bir daha götür-qoy edəcək, rəsmi olmasa belə Azərbaycan rəhbərliyi və xalqından üzr istəyəcəklər", - deyə müsahibimiz qeyd edib. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri