Icma.az
close
up
RU
Qardaşlığın ENERJİSİ: Iğdırı Naxçıvana birləşdirən YOL Tənzilə Rüstəmxanlı yazır

Qardaşlığın ENERJİSİ: Iğdırı Naxçıvana birləşdirən YOL Tənzilə Rüstəmxanlı yazır

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və birlik əlaqələrinin dərin kökləri var. Ortaq kök, oxşar mədəniyyət, din və dilimiz, adət və ənənələrimiz bu əlaqələri şərtləndirən amillər arasında xüsusi yer tutur. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olduqlarını, qardaşlıq münasibətlərini ən yüksək səviyyədə yerinə yetirdiklərini nümayiş etdiriblər. Bu münasibətləri tarix də isbat edir. Sevincdə də, kədərdə də bir olan Türkiyə-Azərbaycan əlaqələri Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasındakı qardaşlıq və dostluq münasibətləri bütün dünyaya örnəkdir.

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilərkən bu möhkəm qardaşlıq əlaqələri də bir daha dünyaya nümayiş edildi. Dövlət başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərini açmaları sadəcə uzun illər boyu təcavüzkar Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın qaz təchizatı probleminin həll edilməsi demək deyil.

Bu, cənab Prezidentimizin mərasimdəki nitqində dediyi kimi, Azərbaycan-Türkiyə qardaşlığında önəmli bir hadisə oldu. Azərbaycan və Türkiyənin həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri ölkələrimizi birləşdirməklə yanaşı Avrasiyanın enerji xəritəsini dəyişdi. Avropanın bir neçə ölkəsi bu gün Azərbaycandan aldığı qazın hesabına enerji təhlükəsizliyini təmin edir. Ölkələrimizi gücləndirən həmin layihələr Türk dünyasının birləşdirilməsində mühüm rol oynayırlar. İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha göstərdi ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə istənilən problemi həll etməyə qadirdir.

İğdır-Naxçıvan qaz kəməri isə həm də “bir millət, iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır, həm də regional əməkdaşlığa verilən növbəti töhfədir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini gücləndirən, Azərbaycanın enerji strategiyasını möhkəmləndirən və regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir. Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər gətirə bilər. Bununla da layihə təkcə İğdır və Naxçıvanın sosial-iqtisadi inkişafına dəstək olmayacaq, daha strateji mahiyyət kəsb edərək Azərbaycan qazının, eləcə də Azərbaycan üzərindən Türkiyə vasitəsilə Mərkəzi Asiya qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasına öz töhfəsini verəcək və Türk Dövlətləri Təşkilatı üzvləri arasında bağlantını daha da möhkəmləndirəcək.

Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm ürk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi. Dövlət başçımızın dediyi kimi, İğdır-Naxçıvan qaz kəmərinin reallaşması bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Hamılıqla əminik ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək.

Tənzilə Rüstəmxanlı

Azərbaycan Milli Məclisinin deputatı

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri