Icma.az
close
up
RU
Mehriban qonşuluq, faydalı əməkdaşlıq

Mehriban qonşuluq, faydalı əməkdaşlıq

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

İsgəndər Qurbanov,

YAP Qazax rayon təşkilatının partiya veteranı

Ölkəmiz hər zaman  regionda mehriban qonşuluğun, sülhün birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsinin tərəfdarı olmuşdur. Azərbaycan həmişə öz ənənəsinə sadiqdir, dəyişməz və prinsipial mövqe nümayiş etdirir. Dünyanın başqa ölkələrinə  nümunə olan Azərbaycan - Gürcüstan münasibətləri bunun əyani sübutudur. Azərbaycanın Gürcüstanla əlaqələri  iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı hörmət və ehtiram üzərində qurulan Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də arzulanan səviyyədədir. Ölkələrimiz arasında  mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr nikbinlik doğurur.  

Cari ilin 17 yanvar tarixində Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev mətbuata bəyanatla çıxış edərkən bildirdi ki,Gürcüstanın  baş naziri İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.

Ölkə başçısı qeyd etdi ki, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir.

Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur.

Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 26 oktyabr 2023-cü ildə AR Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfər etmişdir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 05 may 2021-ci ildə Azərbaycana rəsmi, 29 sentyabr 2022-ci, 07 aprel və 24 noyabr (SPECA-nın Zirvə Görüşü) 2023-cü illərdə isə işgüzar səfərlər etmişdir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 11 noyabrın 2024-cü il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2025-ci il yanvarın 17-də Azərbaycana səfərdə olmuşdur.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 16 iyul 2022-ci ildə xarici işlər naziri Ceyhun Bayramov Tbilisi şəhərində Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşmüşdür.

27 iyun 2024-cü il tarixində  xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri baş tutmuşdur.

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən qrupun rəhbəri – Arzu Nağıyev.

Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq  qrupu mövcuddur. Gürcüstan tərəfindən qrupun rəhbəri – vitse-spiker Arçil Talakvadze.

Müqavilə-hüquq bazasına gəlincə iki ölkə arasında 123 sənəd imzalanmışdır.

Reallıq ondan ibarətdir ki,Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Əminliklə söyləmək olar ki, iki dövlətin birgə həyata keçirdiyi layihələr yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün mehriban qonşuluğun və faydalı əməkdaşlığın davam etməsi üçün mühüm əhəmiyyət daşıyacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri