Icma.az
close
up
RU
Dostluq, mehriban qonşuluq, uğurlu əməkdaşlıq

Dostluq, mehriban qonşuluq, uğurlu əməkdaşlıq

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşayan Azərbaycan və Gürcüstan arasında ikitərəfli siyasi münasibətlərin yüksək səviyyəyə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Hər bir sahədə Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla davam etdirən Prezident İlham Əliyev Gürcüstanla əlaqələrin davamlı inkişaf etdirilməsini xarici siyasətində prioritet hesab edir. Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq əlaqələrin dərinləşdirilməsinin təməlində yüksək səviyyəli siyasi təmaslar dayanır. Həmçinin, ölkələrimizin bir sıra təşkilatlar və qurumlar daxilində əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirir. Məlumdur ki, Azərbaycan və Gürcüstanı çox mühüm qlobal əhəmiyyətli enerji və  nəqliyyat layihələri birləşdirir.

Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri çərçivəsində mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd etdi. Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyması uğurlu iqtisadi siyasətin nəticəsi hesab edilə bilər. Ölkə başçısı energetika sahəsindəki əməkdaşlıq haqqında fikir bildirərkən vurğuladı ki, bu sahədəki əməkdaşlıq həm ölkələrimiz, həm də geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölkəmiz Gürcüstan vasitəsilə 11 ölkəyə təbii qaz ixrac edir. Qarşıdakı illərdə ixracın həcminin artırılması planlaşdırılır. Bundan əlavə, Azərbaycan və Gürcüstan birlikdə yaşıl enerji layihələri də həyata keçirir. Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, bazarda yaşıl enerjiyə böyük təlabat var və bu sahədəki layihə də digər layihələr kimi uğurla icra ediləcəkdir.

Məlum olduğu kimi, ölkəmizin Xəzər dənizində, eləcə də quruda, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda çox böyük həcmdə bərpaolunan enerji potensialı mövcuddur. Bu potensial imkan verir ki, ölkəmiz ənəvi enerji növləri ilə paralel yaşıl enerjini də ixrac etsin. Bu baxımdan, Gürcüstanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Ölkələrimizin yerləşdiyi coğrafi mövqe Avopa ilə Asiya arasında körpü rolunu oynayır. Bu şəraitdən səmərəli istifadə üçün ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, Orta Dəhliz layihəsi böyük coğrafiyanı əhatə etdiyi üçün həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi maraqları çərçivəsindədir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində ölkələrimizin münasibətlərinin əhəmiyyətini, xüsusilə də Prezident İlham Əliyevin yüksək xidmətlərinin olduğunu bildirdi. Gürcüstanın Baş naziri vurğuladı ki, Prezident İlham Əliyev regionda fərqli bir Liderdir və bir çox ölkə rəhbərləri üçün nümunədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri