Icma.az
close
up
RU
Qarışıq sistem üzrə ilk...

Qarışıq sistem üzrə ilk...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özbəkistanda parlament seçkiləri baş tutub

Azərbaycana dost olan daha bir ölkə - Özbəkistan bu günlərdə öz seçimini edib. Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilib. Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.

Özbəkistan tarixində bir ilk

Budəfəki seçkilərdə Özbəkistan tarixində bir ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq parlament seçkiləri majoritar və proporsional sistemləri birləşdirən qarışıq sistem üzrə keçirilib. Qeyd edək ki, 2023-cü ildə ölkədə konstitusiya islahatları keçirilib. Parlamentin yeni sistem üzrə formalaşması da aparılan konstitusiya islahatlarına uyğundur.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK  ) məlumatına əsasən, vahid elektron seçici siyahısında təxminən 20 milyon vətəndaş qeydiyyatdan keçib. MSK seçkilərin keçirilməsi üçün 57-si dünyanın 40 ölkəsində olmaqla10 min 717 seçki məntəqəsi təşkil edib. Seçki Məcəlləsinə uyğun olaraq, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat dayandırılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyib.

İlkin nəticələr: Kim irəlidədir?

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib ki, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 faizlik həddi keçib. Beləliklə, seçkilər baş tutmuş hesab olunub.

Mərkəzi Seçki Komissiyası artıq seçkilərin ilkin nəticələrini açıqlayıb. MSK-dan verilən məlumata görə, səsvermədə 15 milyondan artıq seçici iştirak edib, onlardan 140 mindən çoxu ölkədən kənarda səs verib. Ümumi seçici fəallığı 74,72 faiz təşkil edib.

Özbəkistanın Liberal Demokrat Partiyası parlamentin Qanunvericilik (aşağı) palatasında yerlərin əksəriyyətini - 150 mümkün yerdən 64-nü alır.

Qalan yerlər aşağıdakı kimi bölüşdürülüb:

Özbəkistanın “Milliy Tiklanish” Demokrat Partiyası - 29 mandat

Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyası - 21 yer

Özbəkistan Xalq Demokratik Partiyası - 20 yer

Özbəkistanın Ekoloji Partiyası - 16 yer

Qeyd edək ki, 75 deputat majoritar və 75 deputat  proporsional seçki sistemi üzrə seçilib.

Azərbaycanda da böyük maraqla izlənilən seçkilər

Özbəkistanda keçirilən parlament seçkiləri Azərbaycanda da böyük maraqla izlənilib. Bu da onunla bağlıdır ki, Azərbaycan və Özbəkistan dost dövlətlər olaraq qarşılıqlı münasibətlərini getdikcə möhkəmləndirirlər.

Azərbaycan və Özbəkistanın bir-birinə yaxınlaşmasını şərtəndirən çoxsaylı amilləri sadalamaq mümkündür. Burada tarixi bağlar mühüm rol oynayır. Azərbaycan və özbək xalqları eyni soydan gəlirlər. Onları oxşar mədəniyyət, oxşar həyat tərzi, ənənələr, etiqad eyniliyi kimi fundamental amillər birləşdirir. Bu gün iki dost ölkənin daha da yaxınlaşmasına həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də bunu cəmiyyətlər istəyirlər. İki ölkə bütün təzyiqləri dəf edərək, bütün sınaqlardan çıxaraq öz aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. İndiyədək ölkələrimiz arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin Özbəkistana son səfəri çərçivəsində isə dövlət başçıları  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar həmçinin  “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər olublar.

Onu da vurğulayaq ki, Özbəkistan 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmayıb, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib. Döst ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə isə Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirir. Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin binası yüksək zövqlə inşa olunaraq istifadəyə verilib.

İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri də kifayət qədər genişdir. Cari ilin avqustunda Daşkənddə ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilməsi mərasimi keçirilib. Həmin layihələr sırasında Özbəkistanda dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi, Qaşqadərya vilayətinin Qamaşı rayonunda istehsal gücü sutkada 350 ton, layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, “Agalarov Development” tərəfindən 133 milyon dollarlıq yaşayış komplekslərinin salınması, Azərbaycanda isə tekstil klasterinin yaradılması (Yevlax və İmişli rayonları), toxuculuq fabrikinin tikintisi (Xankəndi şəhəri), Özbəkistan-Azərbaycan dostluq bağının salınması kimi təşəbbüslər (Füzuli rayonu) yer alıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri