Icma.az
close
up
RU
Hansı qidalarda qlüten var? EKSPERT AÇIQLADI

Hansı qidalarda qlüten var? EKSPERT AÇIQLADI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Qlüten son dövrlərdə gündəmə gətirilən mövzulardandır. Əksəriyyətimiz qlüteni sağlamlıqla əlaqələndirir. Kimlər üçün zərərli, kimlər üçün isə təhlükəsiz olduğunu tam bilmir". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, qlüten buğda, arpa, çovdar kimi taxıllarda olan xüsusi bir zülaldır:

"Qlüten xəmirin yapışqan və elastik olmasını təmin edir. Ona görə də çörək bişirəndə xəmirin yaxşı qalxması və yumşaq olması qlüten sayəsindədir. Əslində zərərli maddə deyil. Bu sadəcə təbiətdə olan bir zülal növüdür. Ancaq bəzi insanların orqanizmi qlüteni qəbul etmir. Qlüten əsasən buğda əsaslı çörək, lavaş, bulka, makaron, un məmulatlarında, arpa əsaslı arpa sıyığı, bəzi içkilər, çovdar əsaslı qara çörək, bəzi şirniyyatlarda mövcud olur. Həmçinin qlüten çox vaxt hazır qidalara da əlavə olunur. Soslar, ketçup, kolbasa, sosislər, çipslər, qəlyanaltılar, tortlar və peçenyelərə qatılır. Bir məhsulda birbaşa un və ya taxıl yoxdursa, bəzən tərkibində gizli şəkildə qlüten ola bilər. Əksər sağlam insan üçün qlüten təhlükəsizdir. Çölyak xəstəliyi qlütenə qarşı ciddi allergiyadır. İnsan qlüten qəbul edəndə bağırsaqlarına zərər dəyir, qida yaxşı sorulmur.

Qlüten həssaslığı isə çölyak qədər ağır olmasa da, bəzilərində qlüten yemək qarın ağrısı, şişkinlik, yorğunluq yarada bilir.
Buğda Allergiyası olduqda qlütenlə yanaşı buğdanın digər zülallarına da reaksiya olur. Belə hallarda həkimlər qlüten pəhrizi təyin edir. Yəni həmin insanlar yalnız qlüten olmayan məhsullarla qidalanmalıdır.

Qlüten olmayan qidalar da var. Düyü, qarabaşaq, qarğıdalı, kartof, tərəvəzlər, meyvələr, ət, balıq, yumurta, süd və süd məhsulları, noxud, mərcimək, lobya və s.
Bu məhsullar həm qidalandırıcıdır, həm də qlüten problemi olan insanlar üçün tam uyğundur. Əgər bir insanda çölyak, allergiya və ya həssaslıq yoxdursa, qlüteni pəhrizdən çıxarmağa ehtiyac yoxdur. Əksinə buğda və digər taxıllar vitamin, lif və minerallarla zəngindir. Onları balanslı şəkildə yemək sağlam qidalanmanın bir hissəsidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri