Icma.az
close
up
RU
Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl olması da vacibdir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir. Yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə yetişdikcə açıq sarıya çevrilir.

Bundan əlavə, qarpızın cizgilərı aydın olmalıdır. Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Qarpız alarkən satıcının onu kəsməsinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob düşmə ehtimalı var.

Təbii yetişmiş məhsul əldə etmək istəyiriksə qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, ələxüsus avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə seçilir, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakı təhlükəlidir.

Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

Qarpızın ölkəmizdə təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qeyd olunan vaxtdan əvvəl qarpız almaq məsləhət deyil. Qarpızın dadlı olması üçün, onun yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük olması üçün istifadə olunan çox miqdarda nitrat - azotlu maddələr və yanlış saxlanma zəhərlənməyə səbəb ola bilər.

Qarpız alarkən bunları bilmək vacibdir:

- Qalın qabıqlı, çəkisi 7-8 kiloqramdan artıq olan, üzərində boz və ağ zolaqları olan qarpızı almaq məsləhət deyil.

- Qarpız sərin yerdə saxlanılmalı və birbaşa günəş şüaları altında qalmış, həmçinin əzilmiş, çürümüş və formasını dəyişmiş şəkildə olmamalıdır.

- Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də qarpızın daxilində sarımtıl və ya qəhvəyi rəngdə damarlar müşahidə olunur. Bu hal qarpızın qənaətbəxş olmamasından xəbər verir.

- Qarpız müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Yerdə yox, piştaxtanın üzərində satılan qarpızlara üstünlük verilməlidir.

- Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı, plastik və ya polietilen qabda mənfi 18ºC temperaturda dondurub saxlamaq olar.

- Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla kəsmək vacibdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri