Icma.az
close
up
RU
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? Qida eksperti AÇIQLADI

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? Qida eksperti AÇIQLADI

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanda qarpızın çörək və pendirlə birlikdə yeyilməsi uzun illərdir davam edən yay ənənələrindən biridir. Lakin son vaxtlar bəzi mütəxəssislər bu qida birləşməsinin qanda şəkərin sürətlə yüksəlməsinə və həzm sistemi üçün əlavə yük yaratmasına səbəb ola biləcəyini bildirirlər. Bu isə cəmiyyətdə illərdir formalaşmış qidalanma vərdişlərinin sağlamlığa təsiri ilə bağlı sualları yenidən gündəmə gətirib. 

Bəs uzun illər eyni qaydada qidalanan insanların orqanizmi bu birləşməyə uyğunlaşa bilərmi, yoxsa mümkün risklər yenə də qalır? Qarpızın çörək və pendirlə birlikdə yeyilməsi sağlam insanlar üçün də risk daşıyır, yoxsa bu daha çox müəyyən xəstəlikləri olan şəxslərə aiddir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən qida üzrə mütəxəssis Fərid Səfərov deyib ki, qarpızı çörək və pendirlə birlikdə yemək Azərbaycanda geniş yayılmış qidalanma vərdişidir.

Onun sözlərinə görə, sağlam insanlarda bu kombinasiyanın mütləq zərərli olduğunu söyləmək düzgün olmaz: “Burada əsas məsələ porsiya miqdarı, qəbul tezliyi və insanın sağlamlıq vəziyyətidir. Qarpızın qlisemik indeksi yüksək olsa da, tərkibində suyun çox olması səbəbindən qlisemik yükü orta səviyyədə qiymətləndirilir. Lakin qarpız çörəklə birlikdə və xüsusilə böyük porsiyalarda qəbul edildikdə ümumi karbohidrat miqdarı artır və qanda şəkərin daha sürətli yüksəlməsinə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, buna görə şəkərli diabeti, insulin müqaviməti və ya artıq çəkisi olan şəxslərin bu birləşməni ehtiyatla istehlak etməsi daha məqsədəuyğundur:

“Digər tərəfdən, bəzi insanlarda qarpızın çox miqdarda qəbul edilməsi köp, qaz və həzm narahatlığı yarada bilər. Çörək də bu təsiri müəyyən qədər artıra bilər. Ancaq bu, hər kəsdə müşahidə olunmur və daha çox həssas həzm sistemi olan insanlara aiddir.

Pendirə gəldikdə isə, onun tərkibindəki zülal və yağ qarpızdakı şəkərin sorulmasını müəyyən qədər ləngidə bilər. Lakin çox duzlu pendirlərin qarpızla birlikdə həddindən artıq istehlakı, xüsusilə yüksək təzyiq və böyrək xəstəliyi olan insanlar üçün uyğun hesab edilmir”.

F.Səfərov sonda əlavə edib ki, illərdir bu qidanı birlikdə yemək orqanizmin ona “alışması” və zərərsiz etməsi anlamına gəlmir:“Əgər hər hansı qida həzm pozğunluğu yaradırsa və ya mövcud xəstəliyi ağırlaşdırırsa, uzun müddət istifadə olunması onu təhlükəsiz etmir. Sağlam insanlarda isə qarpızı çörək və pendirlə arabir və ölçülü miqdarda qəbul etmək adətən ciddi problem yaratmır. Ən vacib prinsip isə istənilən qidanı həddi aşmadan və fərdi sağlamlıq vəziyyətini nəzərə alaraq istehlak etməkdir. Sonda demək istəyirəm ki, sağlam qidalanaraq sağlam yaşayın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri