Icma.az
close
up
RU
Qarşımıza çox ciddi hədəf qoyulub Kurban Berdıyev

Qarşımıza çox ciddi hədəf qoyulub Kurban Berdıyev

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli premyer-liqasının 1-ci turu çərçivəsində keçirilən “İmişli” - “Turan Tovuz” oyunundan sonra (0:1) qonaqların baş məşqçisi Kurban Berdıyev media nümayəndələrinin önünə çıxıb.

- Təxmin etdiyimiz kimi, ilk oyun ağır keçdi. Rəqib yaxşı müdafiə olundu. Şükürlər olsun ki, qələbə qazandıq.
– Yoxlama oyunlarında da qol vurmaqda çətinlik çəkirdiz, indi də belə oldu. Böyükhədəfli kluba bu amil çətinlik yaratmayacaq?
- Belə matçlar həmişə çətin olur. Bəzi futbolçular, xüsusilə Serrano və Vadji komandaya gec qoşuldu. Vaxt lazımdı.
– Futbolçulara çox əsəbləşirdiz. Maraqlıdı, hansı tapşırığı icra edə bilmirdilər?
- Bəzi məqamlar var ki, onlara hazırlaşmışdıq. Amma yerinə yetirmək mümkün olmurdu.
– Məqsəd çempionluqdu? Ehtiram Quliyev belə demişdi. Çətin olmayacaq?
- Qarşımıza çox ciddi hədəf qoyulub. Əlimizdən gələni edəcəyik.
– Komandanın problemi solaxay sol cinah müdafiəçisidi. Siz də belə hesab edirsiz?
- Hadisələri qabaqlamaq istəmirəm.
– Rəhim Sadıxovu israrla meydanda saxladız. Bunun səbəbi nə idi? Yaxşı oynamırdı...
- Rəhimin pis oynadığını düşünmürəm. Böyük iş gördü. Bu gün ondan razı qaldım.
– David Tavareş niyə iştirak ərizəsində yox idi?
- Təlim-məşq toplanışında zədələndi. Sağalmağı üçün vaxt lazımdı.
- Veysəl topla olanda azarkeşlər fitə basırdı. Bunu nəzərə alacaqsız?
- Bütün futbolçular kimi Veysəl də komandamızın üzvüdü. Biz onu qalanlarından fərqləndirmirik.
– Şəhriyarın ehtiyat oyunçular skamyasında olması zədəsi ilə bağlı idi, yoxsa məşqçi qərarı idi?
- Ötən mövsümlə müqayisə etsək, heyətdə daha böyük rəqabət var.
– Kurban Berdiyev ağsaqqal kimi Veysəllə azarkeşlərin arasını düzəldə bilər?
- Bəli, buna çalışacağıq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri