Icma.az
close
up
RU
Qaşların və kirpiklərin tökülməsi. SƏBƏBLƏR VƏ HƏLLİ

Qaşların və kirpiklərin tökülməsi. SƏBƏBLƏR VƏ HƏLLİ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Qaş və kirpiklərin tükcükləri daim tökülür və yeniləri ilə əvəz olunur. Bu təbii prosesdir. Qaşların və kirpiklərin sıxlığı bu zaman dəyişilmir.

Yaşlı insanlarda qaşlar və kirpiklər seyrəlir. Bu insan orqanizminin ümumi qocalması ilə bağlı olan normal fizioloji prosesdir.

Lakin bəzən cavan insanlarda qaşlar və kirpiklər sürətlə tökülməyə başlayır, xeyli seyrəlir, "keçəlləşir". Bu artıq patoloji prosesdir və orqanizmdə olan hər hansı pozulmanın simptomudur.

Qaşların və kirpiklərin tökülməsinin səbəbləri arasında:

- Kosmetikaya allergiya. Bu ən yayılmış səbəbdir. Tuş, karandaş, göz kölgələri, gözətrafı sahəsi üçün olan kremlər və s. kosmetik vasitələr allergiyaya səbəb ola bilər. Bunun nəticəsində qaşlar və kirpiklər tökülməyə başalayır. Göz nahiyəsinə vurulan kosmetik vasitələrdən, kremlərdən imtina edin və orqanizmin reaksiyasına baxın.

- Kirpiklərin uzadılması. Bu prosedura zamanı təbii kipriyin üzərinə süni və ya təbii tükcük yapışdırılır. Bir müddət qadın çox caxibədar görünür. Lakin süni kirpiklər çıxarıldıqdan sonra məlum olur ki, qadının öz kirpiklərinə ciddi ziyan vurulub - onlar nazilib, seyrəlib, tökülür. Beləliklə, bu proseduraya müraciət etdikdən əvvəl yaxşı fikirləşməlisiniz. Kirpikləriniz zəif və nazikdirsə, bu proseduradan ümumiyyətlə imtina edin.

- Dəri altı gənələr (demodekoz). Bu mikroskopik gənələr tük follikuluna daxil olur, burada iltihaba səbəb yaradır ki, nəticədə qaşlar və kirpiklər tökülür. Bu xəstəliyi dermatoloq müalicə edir.

- Qalxanvari vəzi funksiyalarının pozulması saçların və həmçinin qaş və kirpiklərin tökülməsinə səbəb ola bilər.

- Güclü stress saçların və həmçinin qaş və kirpiklərin tökülməsinə gətirib çıxarda bilər. Nevropatoloqa müraciət edin, lazım olan müalicə alın.

- Göz qapağının iltihabı olan blefarit kirpiklərin tökülməsinə səbəb olur. Blefarit zamanı qöz qapağı ödemləşir, qızarır, qaşınır, insan işığa baxa bilmir. Bu pozulmanı oftalmoloq müalicə edir. Xəstəlik müalicə olunduqdan sonra kirpiklər bərpa olunur.

- Autoimmun pozulmalar. Bu pozulmalar zamanı insanın immun sistemi orqanizmin öz sağlam hüceyrələrini məhv etməyə başlayır. Bu saç, kirpiklər, qaşlar da ola bilər. Bu xəstəliklər çox çətinliklə müalicə olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri