Icma.az
close
up
RU
Kosmetik salonda qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Kosmetik salonda qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.

Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.

Əlbəttə ki, kirpikləri uzatmaq, onları rəngləmək, qalınlığını artırmaq tuş vasitəsi ilə də mümkündür. Ancaq kirpiklərin cəlbedici burulmasını əldə etmək o qədər də asan deyil. Məhz buna görə kosmetik salon xidmətləri sırasında kirpiklərin kimyəvi burulması daha geniş yayılmaqdadır. Bu prosedura çox sadə və ağrısızdır: kirpikləri səliqə ilə xüsusi mütəkkələrin (“biqudi”) üzərinə yerləşdirərək, onların üzərinə xüsusi fiksəedici tərkib sürtürlər. Öz təsirlərini göstərmək üçün mütəkkələri 20 dəqiqə ərzində (mütəkkələrin qalınlığı fərdi şəkildə seçilir) kirpiklərin üzərində saxladıqdan sonra çıxarırlar. Prosesin son mərhələsi qidalandırıcı tərkibin çəkilməsidir. Adətən, bu hər hansı bir yağ olur. Kirpiklərin burulmasının effektivliyi təxminən 3 ay müddətində - kirpiklərin təbii “həyat müddəti” başa çatanadək saxlanılır. Kirpiklər burulduqdan sonra ağardığı üçün, bir neçə gün sonra onları boyayırlar.

Burulmuş kirpiklərə ev şəraitində kirpiklərə qulluq edilməsi üçün tərkibində vitaminlər və gənəgərçək yağı olan xüsusi balzamlardan istifadə etmək məsləhət görülür. Balzam gündə 1 dəfə olmaqla, yatmamışdan 2 saat əvvəl çəkilir.

Hər hansı bir göz xəstəliyi, allergik reaksiyalara meyllilik olanda, kirpiklərin kimyəvi burulması və rənglənməsi aparıla bilməz!

Kirpiklərin uzadılması kosmetik salonda aparılan bir proseduradır. Onun köməyi ilə kirpikləri daha sıx, daha uzun və daha qalın etmək olar. Kirpiklərin uzadılması iki tipdə olur: “kirpiklərin dəstə şəklində uzadılması” və “kirpiklərin tək-tək uzadılması”.

Kirpiklərin tək-tək uzadılması zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.

Kirpiklərin dəstə şəklində uzadılması zamanı təbii kirpiklər arasına nazik kirpiklər dəsti yapışdırılır. Belə kirpiklər, heç də kirpiklərin tək-tək uzadılmasında olduğu kimi, uzun müddət qalmır və bir azca da qeyritəbii görünür. Kirpiklərin tək-tək uzadılmasından fərqli olaraq, onların dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur, sanki onları ağırlaşdırır. Bu üsulun üstünlüyü isə onun daha ucuz olması və kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır.

Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə müəyyən edirlər.

Kirpiklərin uzadılması zamanı “təbii” (heyvanların tükləri, ipək lifləri) və ya süni (neylon lifləri) kirpiklərdən istifadə olunur. Təbii kirpiklər daha baha olur. Ancaq onu da qeyd etmək lazımdır ki, süni neylon liflərdən istifadə olunduqda, onların gözə düşməsi nəticəsində allergiyanın əmələ gəlməsi təhlükəsi də mövcuddur.

Uzadılan kirpiklərin tökülməsi prosesi tədricən, ətrafdakılar üçün nəzərə çarpmadan baş verir.

Əlbəttə ki, uzadılan kirpiklərlə ehtiyatla davranmaq lazımdır. Bu zaman ən əsas qayda göz qapaqlarına və kirpiklərə mümkün qədər az toxunulmasıdır. Yuyarkən gözləri ovxalamaq olmaz. Bu zaman yalnız yağsızlaşdırılmış lasyon və ya kosmetik süddən istifadə etməklə gözləri səliqə ilə təmizləmək lazımdır. Göz qapaqları və kirpiklər üçün nəzərdə tutulmuş yağlı kremlərdən və yağlardan istifadə etmək olmaz. Arxası üstə olmaqla səliqə ilə yatmaq da arzu olunandır. Əgər siz kantakt linzalardan istifadə edirsinizsə, hamam və saunaya tez-tez gedirsinizsə, sizin yapışdırılmış kirpiklərinizin qalma müddəti də qısalmış olur.

Əlbəttə ki, qaşların rənglənməsi, kirpiklərin rənglənməsi, burulması və ya uzadılması qərarına gəldikdə, yalnız müasir kosmetik salonlara müraciət etmək lazımdır. Məhz belə müasir yerlərdə, kirpiklərinizin və qaşlarınızın daha yüksək səviyyədə gözəlləşdirilməsi üçün ən qoruyucu hesab edilən üsullardan, daha müasir və təhlükəsiz kimyəvi boyalardan istifadə etməklə, sizə xidmət göstərilə bilər. Hər halda, istənilən dekorativ proseduraları ehtiyatla, tez-tez təkrarlamadan etmək tövsiyə olunur, əks halda qaşlarınızın və kirpiklərinizin zərif tükləri seyrələ və quruya bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri