Qasperini ilə yola getməyən Ranyeri Roma dan ayrılır
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Roma" klubunun idarə heyətinin müşaviri Klaudio Ranyeri yaxın vaxtlarda vəzifəsindən ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
O bildirib ki, ayrılığın əsas səbəbi baş məşqçi Can Ptero Qasperini ilə yaranan fikir ayrılığıdır. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyib. Qasperini komandanın heyətindən narazılığını bildirib, Ranyeri isə transferlərin birgə razılaşdırıldığını vurğulayıb.
Məlumata əsasən, mövsümün sonuna yaxın qeydə alınan qeyri-sabit nəticələr də tərəflər arasında gərginliyi daha da artırıb.
Hazırda A Seriyasında 33 turdan sonra “Roma” 58 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 73 yaşlı Ranyeri 2024-cü ilin noyabrında “Roma”nın baş məşqçisi təyin olunmuş və mövsümün sonuna qədər komandaya rəhbərlik etmişdi. O, daha əvvəl də 2009–2011 və 2019-cu illərdə paytaxt klubunda çalışıb.
Baxış sayı:122
Bu xəbər 24 Aprel 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















