Ranyeri Roma dan ayrılır?
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliya A Seriyası təmsilçisi “Roma”nın idarə heyətinin müşaviri Klaudio Ranyeri vəzifəsindən ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Ranyerinin komandadan ayrılmasına səbəb “qurdlar”ın baş məşqçisi Can Pyero Qasperini ilə yaşadığı münaqişədir.
ESPN nəşri bir müddət əvvəl hər iki mütəxəssis arasında klubun transfer siyasəti ilə bağlı fikir ayrılığı yarandığını bildirmişdi.
Qasperini bəzi oyunçulardan məyus olduğunu qeyd etmiş, 74 yaşlı funksioner isə bütün transferlərin baş məşqçi ilə razılaşdırıldığını vurğulamışdı.
Qeyd edək ki, Ranyeri 2025-ci ilin yayında “Roma”nın idarə heyətinin müşaviri vəzifəsinə təyin olunmuşdu.
“Real”da daha bir itki: Arda Gülerdən sonra o da… Türkiyə Kuboku: "Trabzonspor" yarımfinalda Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
Baxış sayı:99
Bu xəbər 24 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















