Icma.az
close
up
RU
Qaşqay türklərinə qarşı davam edən diskriminasiya İranın pozulan Əsas Qanunu ANALİZ

Qaşqay türklərinə qarşı davam edən diskriminasiya İranın pozulan Əsas Qanunu ANALİZ

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər İranın Fars əyalətinin Şiraz şəhərində Qaşqay türkləri (köçəri azərbaycanlılar) etiraz aksiyası keçirib. Onlar Tehran hakimiyyətinin milli-etnik geyimlərinə qadağa qoymasına etiraz ediblər. Aksiya iştirakçıları “Qaşqayingin libası, Qaşqayingin olası!” şüarı səsləndiriblər.

Onlar köçəri azərbaycanlılardır. Uzun illərdir Tehran hakimiyyəti onları ayrıca etnik qrup kimi təqdim etməyə çalışır. İran konstitusiyasına əsasən, milli-etnik geyimlərdən istifadəyə icazə verilir. Habelə milli adət-ənənələr də mövcud qaydalara qarşı deyilsə, onların da tətbiqi sərbəstdir.

Məsələn, ilaxır çərşənbə, Novruz Bayramı, Yelda gecəsi kimi milli etnik bayramların qeyd edilməsi Tehran hakimiyyətinin məcburi qaydalarına zidd sayılmır. Düzdür, İranın bəzi din xadimləri ilaxır çərşənbəyə qarşı təbliğat aparırlar, ancaq hələ ki ona qarşı güc tətbiq edilmir.

Türklər, o cümlədən azərbaycanlı xanımların geyimi heç vaxt açıq-saçıq, vulqar olmayıb. Başqa sözlə, o islamdan qabaq və ondan sonra öz milli geyimi ilə hicaba daim əməl edib.

İranda 45 ildir mövcud hakimiyyət qadınlara xüsusi hicab geyimləri tətbiq etməklə yeni ənənə formalaşdırmağa çalışıb.

Panfarsçı düşüncə sistemi yüz ildən artıqdır Azərbaycan türklərinin bir qolu sayılan qaşqayları başqa etnik qrup kimi təqdim edərək onları assimilyasiya etməyə çalışır.

Onların min illəri əhatə edən köçəri adət-ənənəsi, geyimləri uzun illərdir farsların və İranın rəmzi sayılır.

Bu günlərdə isə Qaşqay azərbaycanlılarının milli geyimləri və mədəni dəyərləri lor etnik qrupunun adına rəsmiləşdirilir. Qaşqay ictimai fəallar buna etiraz etməyə çağırış edib.

Tehran hakimiyyətinin bu addımı Azərbaycanın bu toplumunun mədəni kimliyinə açıq-aşkar təhqir, assimilyasiya və ayrı-seçkilik sayılır. Lor etnik qrupu fars kökənli sayılır. İran qaşqayların bütün adət-ənənələri və geyimlərin bu qrupun adına çıxmaqla farslaşdırma aparır.

Bu Azərbaycan türkləri İranın cənub və mərkəzi bölgələrində yaşayır. Saylarının 3 milyon civarında olduğu bildirilir. Yaşadıqları indiki İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərindəki torpaqlar Qaşqay yurdu olaraq tanınır.

Hələ ötən il Tehran hakimiyyəti milli geyimə görə gənc Qaşqay müəllim İlham Təvəkülniyaya məhdudiyyətlər tətbiq etmişdi. O, bu barədə sosial şəbəkədəki səhifəsində belə bildirmişdi: “Gözətçilər mənə bu geyimlə bağa girməyin qadağan olduğunu dedilər. Səbəbini soruşduqda geyimin uyğun olmadığını bildirdilər. Onlardan soruşdum ki, qadağa türk milli geyimində olduğuma görədir? "Hə" cavabını verdilər”.

Ötən il iyunun əvvəlində Şirazın “Narıncistan” parkına Qaşqay milli geyimində gedən gənc qızın keşikçilər tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırıldığına dair xəbərlər yayılmışdı. Hakimiyyət təmsilçilərin bu özbaşınalığı Güney Azərbaycan türklərinin etirazlarına səbəb olmuşdu.

Azərbaycanın başqa tayfaları kimi qaşqaylar da keçmiş, indiki İran adına müharibələrdə, mübarizələrdə daim ön cərgələrdə olublar.

Tehranın panfarsçı ideoloqları Qaşqay türklərini assimilyasiya etmək məqsədi ilə lorları, kürdləri, ərəbləri, farsları və qaraçıları da onların sırasına qataraq, ayrıca etnos kimi təqdim etməyə səy göstəriblər. Onlar hesab edir ki, saydığımız etnik qrupların nümayəndələri İranın köçərilərini, “qaşqayları” formalaşdırır. Halbuki başqaları qaşqayların yardımı ilə özlərini qoruyublar. Çünki bu türk tayfası döyüşkənliyi və mübarizliyi ilə seçilib.

Rza şah Pəhləvi 1920-30-cu illərdə “vahid millət, vahid dövlət” ideologiyasını həyata keçirərkən türklərə, o cümlədən qaşqaylara qarşı qəddar siyasət həyata keçirmişdi. Rza şah qaşqayları köçməməyə məcbur edirmiş. Məhəmmədrza şah Pəhləvi də atasının bu siyasətini davam etdirib. Qaşqaylar 1950-ci illərdə İranın Baş naziri Məhəmmədəli Müsəddiqi müdafiə ediblər.

1962-1972-ci illərdə Məhəmmədrza şahın islahatı qaşqayların torpaqlarının əllərindən alınmasına səbəb olmuşdu. Onların köçünə hərbçilər nəzarət etməyə başlayıb.

Qaşqay xanları 1979-cu ilin fevral inqilabını və ayətullah Ruhulla Xomeyninin liderliyini müdafiə ediblər.

İndiki hakimiyyət türk olduqları üçün qaşqayları sıxışdırmağa, onların adət-ənənələrinə, geyimlərinə qarşı çıxır.

Yeri gəlmişkən, Təbrizdə yaşayan mədəni fəal və Azərbaycan milli rəqslərinin müəllimi Peyman İbrahimi Dinvər yerli məhkəməyə çağırılıb. Məhkəmənin çağırış məktubunda o, Azərbaycan rəqsini öyrətməklə “ictimai əxlaqa və cəmiyyətin tərbiyə qaydalarına zidd” hərəkət etməkdə günahlandırılıb.

Çağırış məktubunda onun beş gün ərzində məhkəməyə müraciət etməsi tələb olunub və əks halda məhkəməyə məcburi şəkildə gətiriləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Peyman İbrahimi ötən ilin avqustun 26-da həbs edilmişdi. O, həbsdə olduğu müddətdə ağır işgəncələrə məruz qalıb. Girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Hər iki hadisə Tehran hakimiyyətinin milli-mədəni hüquqların qorunmasına əməl etməməsinin göstəricisi sayılır. Ölkə konstitusiyasının 19 və 20-ci maddələrində ölkədəki bütün etnik qrupların bərabərhüquqlu olduğu vurğulanıb.

Tehran hakimiyyəti Qaşqay türklərinə məxsus mədəni irsi müsadirə edib, onu başqa etnik qrupun adına çıxmaqla bu müddəanı pozub. Bu, həm də etnik ayrı-seçkilik sayılır. Məsələn, vaxtı ilə Azərbaycana məxsus olan tarixi, milli mədəniyyət abidələri ermənilərin adına çıxılıb. Bu proses hələ də davam edir. Tehran hakimiyyəti Qaşqay türklərinə qarşı bu addımı atmaq, rəqs müəllimini həbslə təhdid etməklə türklərə, azərbaycanlılara qarşı diskriminasiya aparır. Halbuki Azərbaycan türklərinin də vergiləri hesabına formalaşan dövlət büdcəsi ilə İslam Respublikası İrəvanda Hafiz adına fars dili və ədəbiyyatının tədrisi kursunu açır. Ermənistan məktəblərində bu dil və ədəbiyyat İranın dövlət büdcəsi hesabına öyrədilir. Bundan başqa İslam Respublikasında ermənilərin milli etnik mədəniyyətlərini inkişaf etdirmək məqsədi ilə hər cür şərait yaradılıb.

Göründüyü kimi, ali rəhbəri və prezidenti türk sayılan İranda Azərbaycan türkcəsində məktəbin olmaması, eləcə də, qaşqayların mədəni irsinin başqasının adına çıxılması kimi bir assimilyasiya siyasəti də yürüdülür.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see245

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see210

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see174

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see160

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see157

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see154

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see153

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see145

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see140

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see139

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see137

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see131

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see131

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see130

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see128

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see128

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see127

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see122

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see121

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri