Icma.az
close
up
RU
Qastroenteroloqlar bağırsaq üçün ən faydalı meyvələri açıqladı

Qastroenteroloqlar bağırsaq üçün ən faydalı meyvələri açıqladı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Həzm problemləri, köp və qəbizlik bir çox insanın qarşılaşdığı yayğın narahatlıqlardandır. Sürətli həll yolları axtarılsa da, mütəxəssislər bildirir ki, əsas çıxış yolu uzunmüddətli düzgün qidalanmadır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Portal.abczdrowie" yazır.

Qastroenteroloq Trişa Paşriça qeyd edir ki, əsas məsələ lif qəbuludur və insanların əksəriyyəti onu kifayət qədər istehlak etmir. Onun sözlərinə görə, həzmi yaxşılaşdırmaq üçün ən vacib addım liflə zəngin qidaların artırılmasıdır və lif çatışmazlığı çox geniş yayılıb.

Lifin özəlliyi ondadır ki, orqanizm onu zülal və ya yağ kimi həzm etmir. Əvəzində o, bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Qastroenteroloq Supriya Rao izah edir ki, bakteriyalar lifi parçalayarkən bağırsaq selikli qişasını qoruyan və iltihabı azaldan qısa zəncirli yağ turşuları yaranır.

Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə kivi meyvəsini tövsiyə edirlər. Trişa Paşriça bildirir ki, bu meyvənin müntəzəm qəbulu bağırsağın fəaliyyətini yaxşılaşdırır.

Onun sözlərinə görə, klinik tədqiqatlar göstərir ki, gündə iki kivi yemək bağırsaq fəaliyyətini tənzimləyir və qəbizliyi yüngülləşdirir. Kivinin tərkibindəki lif suyu yaxşı saxlayır, bu da nəcis kütləsini yumşaldaraq ifrazı asanlaşdırır.

Bununla yanaşı, həkimlər vurğulayırlar ki, məsələ yalnız bir "möcüzəvi məhsul”da deyil, ümumi qidalanma rejimindədir. 

Ekspertlər tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsulların rasionda müntəzəm yer almasını tövsiyə edirlər. Supriya Raonun sözlərinə görə, bağırsaq mikrobiotası ən yaxşı şəkildə müxtəlif bitki mənşəli qidalar qəbul edildikdə fəaliyyət göstərir.

Belə qidalanma yalnız həzmi yaxşılaşdırmır, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Mart 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri