Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Qatarı pozulan durnalar ekosistemə nə ver(m)ir?

Qatarı pozulan durnalar ekosistemə nə ver(m)ir?

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər il minlərlə durna uzun məsafələr qət edərək bir ərazidən digərinə köç edir. Bu möhtəşəm miqrasiya yalnız quşların həyat dövrünün bir hissəsi deyil, həm də bütöv ekosistemlərin vəziyyətini göstərən təbii göstəricilərdən biridir.

Scientific Reports jurnalında dərc olunan yeni araşdırma durnaların miqrasiya zamanı istifadə etdiyi bataqlıq ərazilərin ciddi ekoloji təzyiqlərlə üzləşdiyini göstərir. Tədqiqatda Pakistan ərazisində adi durna (Grus grus) və demoizel durnasının (Anthropoides virgo) yaşayış mühitləri uzunmüddətli coğrafi məlumatlar və peyk müşahidələri əsasında araşdırılıb.

Durnalar üçün bataqlıqlar niyə vacibdir?

Miqrasiya edən durnalar minlərlə kilometrlik yol boyunca enerji toplamaq və təhlükəsiz şəkildə dincəlmək üçün uyğun ərazilərə ehtiyac duyurlar. Bataqlıqlar, göllər, çay vadiləri və digər suya yaxın ərazilər onların mühüm dayanacaq və qidalanma məkanlarıdır. Bu ərazilərdən birinin itirilməsi quşların bütün miqrasiya marşrutuna təsir göstərə bilər. Çünki uzun uçuş zamanı hər bir dayanacaq quşların növbəti mərhələyə hazırlaşması üçün vacibdir.

Yeni araşdırmada da vurğulanır ki, miqrasiya edən durnalar dinamik bataqlıq ekosistemlərindən asılıdır və bu yaşayış mühitləri həm insan fəaliyyəti, həm də ətraf mühitdə baş verən dəyişikliklər səbəbindən təzyiq altındadır.

Ümumiyyətlə, durnaların ekosistemdə rolu düşündüyümüzdən daha böyükdür. Onlar sadəcə köç edən quşlar deyil, bataqlıq və su ekosistemlərinin vəziyyətini göstərən canlı indikatorlardan biridir.

Qida zəncirinin bir hissəsi durnalardır

Durnalar toxum, bitki hissələri, həşəratlar, kiçik onurğasızlar və bəzi hallarda xırda su canlıları ilə qidalanaraq ekosistemdəki enerji dövranının bir hissəsinə çevrilirlər, toxumların yayılmasına kömək edirlər. Qidalandıqları bitkilərin toxumlarını müxtəlif ərazilərə daşıyaraq bitkilərin yayılmasına töhfə verə bilirlər.

Həmçinin həşəratların sayını tənzimləyirlər. Xüsusilə miqrasiya və qidalanma zamanı müxtəlif həşərat və digər kiçik canlılarla qidalanırlar. Torpağın və bataqlıq mühitinin dəyişməsində iştirak edirlər. Qidalanarkən torpağı eşələmələri və bitki örtüyü ilə qarşılıqlı əlaqələri mikroyaşayış mühitlərinə təsir göstərə bilər.

Durnalar ekosistemin sağlamlığını göstəricisi hesab edilirlər. Durnalar bataqlıqlar, göllər və çay vadiləri kimi təbii ərazilərdən asılı olduqları üçün onların sayındakı və miqrasiya davranışındakı dəyişikliklər həmin ərazilərdəki ekoloji problemlərin göstəricisi ola bilər.

Mühafizə baxımından “çətir növ” rolunu oynaya bilirlər. Durnaların yaşaması üçün qorunan bataqlıq və digər təbii ərazilər eyni zamanda çoxlu başqa quşların, balıqların, amfibiyaların və bitkilərin də yaşayış mühitini qoruyur. Yəni durnanı qorumaq yalnız bir quş növünü qorumaq deyil, onun yaşadığı bataqlıq və su ekosistemini də qorumaq deməkdir.

İqlim dəyişdikcə marşrutlar da dəyişə bilər

İqlim dəyişikliyi yalnız temperaturun yüksəlməsi demək deyil. Yağıntıların xarakterinin dəyişməsi, su ehtiyatlarının azalması və bataqlıqların quruması kimi proseslər də quşların istifadə etdiyi ərazilərin dəyişməsinə səbəb ola bilər. 2026-cı il araşdırması uzunmüddətli məlumatlardan istifadə edərək durnaların uyğun yaşayış sahələrinin zamanla necə dəyişdiyini qiymətləndirib. Nəticələr göstərir ki, iqlim və insan fəaliyyəti ilə bağlı dəyişikliklər durnaların istifadə edə bildiyi ərazilərin uyğunluğuna təsir göstərir.

Bu isə gələcəkdə quşların harada dayanacağı, harada qidalanacağı və miqrasiya zamanı hansı marşrutlardan istifadə edəcəyi ilə bağlı yeni problemlər yarada bilər. Durnaların qarşılaşdığı problemlər təkcə iqlimlə məhdudlaşmır. Yaşayış mühitlərinin kənd təsərrüfatı və digər insan fəaliyyəti nəticəsində dəyişdirilməsi, bataqlıqların deqradasiyası, ov və miqrasiya yollarında narahatlıq da bu quşlara təzyiq yaradır.

2026-cı ilin digər araşdırmalarında da durnaların üzləşdiyi təhlükələr arasında yaşayış mühitinin itirilməsi və kənd təsərrüfatının genişlənməsi kimi amillər qeyd olunur. Məsələn, sentyabr ayında "The Guardian" qəzeti mavi durnaların vəziyyətinə dair yazısında intensiv kənd təsərrüfatı, yaşayış mühitinin itirilməsi, qanunsuz zəhərlənmə, insan narahatlığı və iqlim dəyişməsini əsas təhlükələr sırasında göstərib. Mavi durnaların vəhşi təbiətdəki sayının hazırda təxminən 25-46 min arasında olduğu bildirilir.

Durnaları qorumaq özümüzü qorumaqdır

Durnaların qorunması yalnız bir quş növünün mühafizəsi demək deyil. Onların yaşaması üçün lazım olan bataqlıqlar, göllər və çay vadiləri eyni zamanda çoxsaylı digər canlıların da yaşayış məkanıdır. Buna görə durnaların miqrasiya yollarının qorunması su ekosistemlərinin, bataqlıqların və təbii ərazilərin qorunması ilə birbaşa bağlıdır.

Durna minlərlə kilometrlik yolu keçərkən sərhəd tanımır. Onun bir ölkədə başlayan miqrasiyası başqa ölkədə davam edir. Buna görə də bu quşların qorunması da yalnız bir ölkənin deyil, bütün miqrasiya marşrutu boyunca yerləşən ölkələrin birgə səylərini tələb edir. Durnaların köçü təbiətin ən möhtəşəm hadisələrindən biridir. Lakin onların hər il eyni dayanacaqlara qayıda bilməsi həmin ərazilərin bu gün nə qədər yaxşı qorunmasından asılıdır. Durnaların alışdığımız kütləvi köçü ildən-ilə azalır. Qatarı pozulan durnalar ekosistem üçün ciddi problemin başlanğıcıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri