Icma.az
close
up
RU
Qatillər meyxanaya qulaq asır? Mafiya başçılarının dinlədikləri...

Qatillər meyxanaya qulaq asır? Mafiya başçılarının dinlədikləri...

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda hər dəfə meyxana gündəmə gələndə cəmiyyət iki yerə bölünür: bir tərəfdə bu janrı xalq yaradıcılığının parlaq forması kimi görənlər, digər tərəfdə isə onu "səviyyəsizliyin rəmzi" sayanlar. Maraqlısı budur ki, hər iki mövqenin arxasında həm duyğusal, həm də sosial səbəblər dayanır.

Meyxana nədir – bədii dəyər, yoxsa küçə danışığı?

Meyxana yüzillərdir var olan bir janrdır. Şifahi xalq yaradıcılığına əsaslanır, canlı ifa ilə improvizasiya qabiliyyətini birləşdirir. Lakin problem ondadır ki, bu janr bəzən küçə leksikonu ilə qarışır, bəzi ifaçılar onu bayağılaşdırır, hətta zorakılıq və kriminal ünsürləri tərənnüm edən formatda təqdim edir. Bu da meyxananın ümumi imicinə xələl gətirir. 

“Simfoniyaya qulaq asan səviyyəlidir, meyxanaya qulaq asan cinayətkar ola bilər” – bu yanaşma doğrudurmu?

Ölkə.Az bildirir ki, bu fikir sosial mediada tez-tez səslənir. Amma burada əsas məsələ janr deyil, insanın özüdür. Məsələn, klassik musiqiyə qulaq asan bir insanın iç dünyası zəngin ola bilər, amma bu o demək deyil ki, hər simfonik musiqi sevər avtomatik olaraq vicdanlı və dəyərli biridir. Əksinə, dünya kinosundan və tarixi faktlardan görürük ki, mafiya başçıları, qaranlıq fiqurlar opera və simfonik musiqilərə dərin maraq göstəriblər. "Google" hətta bizə konkret belə şəxslərin adını tapa bilir. “Xaç atası” filmində Don Vito Korleone və oğlu Maykl Korleone klassik musiqi sevərlər kimi təqdim olunur. Filmin son səhnələrindən biri opera ilə müşayiət olunur. Ümumiyyətlə, xarici filmlərdə klassik musiqi nümayiş etdirən mədəniyyət ocaqlarında dəfələrlə qanlı səhnələrin yaşandığının şahidi olmuşuq. Təbii ki, film özü də mədəniyyətdir. Habelə mafiya başçılarının səviyyəli, lap çox səviyyəli musiqilər dinlədiyi ekran işlərində yer alıb. Yəni sənətin hansı növündən zövq almaq insanın etik dəyərlərini müəyyən etmir.

Meyxana niyə bu qədər populyardır?

Çünki o, xalqın dilidir. Sadədir, canlıdır, aktualdır. İnsanlar orada öz gündəlik problemlərini, sosial hadisələri, şəxsi münasibətləri “dəqiq və sərbəst” formatda eşidirlər. Bu janr elitaya yox, kütləyə xidmət edir – buna görə də hər təbəqədən insanın marağına səbəb olur. Ancaq bu, onun həmişə keyfiyyətli olduğu anlamına gəlmir.

Mədəni zövq nədir – öyrənilən, yoxsa doğulan bir şey?

Bir çoxları düşünür ki, yüksək musiqi zövqü ilə doğulmaq olur. Əslində isə bu, tərbiyə, çevrə və maraq sahələri ilə formalaşır. Uşaqlıqdan meyxana eşidən biri onu sevir, klassik musiqi ilə böyüyən başqa biri isə simfonik əsərlərə meyil edir. Amma zövq fərqliliyi kiminsə digərini aşağılama haqqını vermir.

Artıq musiqi sərhədləri silinir. Zövqləri zorla dəyişmək mümkün deyil. Əsas olan bütün janrların keyfiyyətli şəkildə yaşamasıdır. Həm meyxana, həm simfoniya öz yerində, öz auditoriyasında yaşamalıdır. Əgər biz fərqli zövqlərə hörmətlə yanaşmasaq, cəmiyyətdəki bölünmələr daha da dərinləşəcək.

Miri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri