Icma.az
close
up
RU
Qax Peşə Liseyində “Açıq qapı” günü təşkil edilib

Qax Peşə Liseyində “Açıq qapı” günü təşkil edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qax, 30 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 30-da Qax Peşə Liseyində “Açıq qapı” günü keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər, məzunlar, liseyin mühəndis-pedaqoji heyəti, işəgötürən müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərə baxıb, müxtəlif istiqamətlər üzrə təşkil edilən ustad dərsləri izləyib, həmçinin emalatxanalar və yeni alınan dəzgahlarla tanış olublar.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Peşə Liseyinin direktoru Səbuhi Bilalov çıxış edərək, təhsil ocağının fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, liseyin qarşısında duran əsas məqsəd rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Liseydə mehmanxana inzibatçısı, turizm təşkilatçısı, təmirçi-çilingər, aşpaz, dülgər, tornaçı, mebel ustası, dərzi, aqroservis mütəxəssisi və digər ixtisaslar üzrə, ümumilikdə, 16 ixtisas üzrə 17 qrupda 271 tələbə təhsil alır. Növbəti tədris ilində qrupların sayının 22-yə, tələbələrin sayının isə 440-a çatdırılması nəzərdə tutulur. Eyni zamanda, birgə təhsil proqramının əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.

Liseyin direktoru, həmçinin işəgötürən təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, layihələr barədə də məlumat verib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və himanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından danışıb, peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti və peşə təhsilinin perspektivlərindən söz açıb, kollektivə uğurlar arzulayıb.

Tədbir bədii proqramla davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri