Qaxda yol qəzasında körpə ölüb, ana və digər azyaşlı övladı xəsarət alıb FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Qaxda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində qeydə alınıb.
Qaxın Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücünün avtomobildə olan qohumu 2001-ci il təvəllüdlü Nuranə Abbasova, onun övladları iki ay yarımlıq Cəsur Abbasov və 2 yaşlı Nəsər Abbasova xəsarət alıblar. Körpə hadisə yerində həyatını itirib.
Ana və digər övladı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Azyaşlının xəsarəti yüngül olduğundan tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















