Icma.az
close
up
RU
Qayıdacaqlar, qayıdacaqlar, qayıdacaqlar...

Qayıdacaqlar, qayıdacaqlar, qayıdacaqlar...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

Ya­zın oğ­lan ça­ğıy­dı. Bağ-ba­ğat, dağ­la­rın ya­ma­cı əl­van xal­ça­ya bən­zə­yir­di. Ağac­lar elə bil ki, tu­mur­cuq­la­maq, çi­çək­lə­mək  üçün bir-bi­ri ilə bəh­sə gir­miş­di, quş­lar cəh-cəh vu­rur,  arı­lar vızhavız sus­maq bil­mir­di. Dağ­la­rın zir­və­sin­də­ki qar Gü­nə­şin şüa­la­rı al­tın­da bərq vu­rur,  göz qa­maş­dı­rır­dı.  Hü­sən, Zən­gi, Mər­zə  çay­la­rı­nın nə­ril­ti­si bir-bi­ri­nə qa­rı­şa­raq qə­ri­bə uğul­tu çı­xa­rır­dı. Bü­tün bun­la­ra  hə­mi­şə hey­ran­lıq­la ta­ma­şa edən, din­lə­yən Aşıq Ələs­gər in­di nə­dən­sə, tər­ki-dün­ya idi, dər­ya­da gə­mi­si bat­mış ərəb ki­mi də­rin fi­kir­lə­rə qərq ol­muş­du. Ana­xa­nım onu səs­lə­yən­də ye­rin­dən dik atıl­dı:

− Dər­din alım, mə­nim­lə­mi­sə­n?

Ana­xa­nım sı­na­yı­cı, qıs­qanc nə­zər­lə aşı­ğı sü­züb, sa­rı si­mə to­xun­du:

− Nə olub, qəm dər­ya­sı­na bat­mı­san, aşı­q? Nə fi­kir edir­sə­n? Ye­nə Səh­nə­ba­nı­mı ya­dı­na dü­şü­b?

Aşıq Ələs­gə­rin qaş­la­rı ça­tıl­dı:

− Val­lah, bil­lah, o de­yil, ol­du, bit­di. O bir ca­van­lıq hə­və­si idi, keç­di, get­di.

Ana­xa­nı­mın inan­ma­dı­ğı­nı, do­da­ğı­nı bü­züb üzü­nü ya­na çe­vir­di­yi­ni  gö­rən Aşıq Ələs­gər as­ta­dan söy­lə­di.

Həs­rət qoy­ma gö­zü gö­zə, aman­dı!

Yan­dı bağ­rım, dön­dü kö­zə, aman­dı!

Kеçən sö­zü çək­mə üzə, aman­dı!

Həd­yan da­nış­mı­şam, laf еylə­mi­şəm.

 Ana­xa­nım əl çək­mə­di:

 − On­da de, gö­rüm, nə olub, ni­yə fi­kir­li­sən, qəm-qüs­sə için­də­sə­n?

Aşıq Ələs­gə­rin  sus­du­ğu­nu gö­rən Ana­xa­nım ara­lan­maq is­tə­yən­də aşıq onu  ina­dın­dan dön­dər­mə­yə ça­lış­dı:

Gö­zəl­lər sul­ta­nı, mə­lək­lər şa­hı,
Ala­göz ca­na­nım, gеtmə, aman­dı!
Dər­din­dən xəs­tə­yəm, çə­ki­rəm ahı,
Hə­ki­mim, loğ­ma­nım, gеtmə, aman­dı!
Ca­ma­lın göy­çək­di bay­ram ayın­dan,
Gö­rən doy­maz qa­mə­tin­dən, bo­yun­dan.
La­yiq dеyil qur­ban kə­sim qo­yun­dan,
Sa­na qur­ban ca­nım, gеtmə, aman­dı!
Mən sa­na nə dеyim, ay mi­na gər­də­n?!
Kəs­mə mə­həb­bə­tin, gəl, Ələs­gər­dən.
Gü­nah­kar qu­lu­nam, sal­ma nə­zər­dən,
Kə­rəm­li sul­ta­nım, gеtmə, aman­dı!

Ana­xa­nı­mın ürə­yi yum­şal­dı, aşı­ğa rə­him gəl­di, üzü­nə tə­bəs­süm qon­du. Aşıq Ələs­gər für­sə­ti əl­dən ver­mə­di:

A bi­mür­vət, axı sən­dən ötə­ri
Ah çək­mək­dən bağ­rım qa­na dö­nüb­dü!
Qədd əyi­lib, gül irən­gim sa­ra­lıb,
Xə­zan dəy­miş gü­lüs­ta­na dö­nüb­dü!

Aşıq Ələs­gər Ana­xa­nı­mın söz al­ma­yın­ca on­dan əl çək­mə­yə­cə­yi­ni bi­lir­di. Odur ki, də­rin­dən köks ötü­rüb pı­çıl­tı ilə de­di:

− Sən arif­sən, mə­ni an­la­yar­san. Dü­nən­dən özü­mə gə­lə bil­mi­rəm. Us­ta­dım Aşıq Alıy­la de­yiş­mə­yə­cə­yi­mi özü­mə söz ver­miş­dim. Dü­nən bir dü­yün­də məc­lis­də­ki­lər Aşıq Alı­ya de­yiş­mə­yi­mi­zi is­tə­di. Mən qə­ti eti­raz et­dim. Us­ta­dım ra­zı­lıq ver­di. Mən ye­nə de­yiş­mək is­tə­mə­di­yi­mi de­dim. Am­ma Aşıq Alı is­rar et­di. Yal­var­dım, ya­xar­dım, fay­da­sı ol­ma­dı, ye­nə ina­dın­dan dön­mə­di. De­yiş­mə­miz uzun çək­di. Son­da sax­lan­cım­da olan “A ya­ğa, ya­ğa” təc­ni­si oxu­dum. Təc­nis us­ta­sı olan  Aşıq Alı ca­vab ve­rə bil­mə­di. Çün­ki təc­nis do­daq­dəy­məz şək­lin­də idi. Bu­nu isə ilk də­fə di­lə gə­ti­rir­dim. Us­ta­dım pə­ri­şan ol­sa da, ye­nə bö­yük­lü­yü­nü gös­tər­di, mə­ni qu­caq­la­dı “Şə­yird gə­rək us­ta­dı­nı üs­tə­lə­sin”, − de­di. Onun sö­zü mə­ni ya­man  tut­du, bi­ix­ti­yar de­dim:

Ba­şı­na dön­dü­yüm, xa­liq­di süb­han,
Ha­çan qüd­rə­tin­dən yağ da­mar-da­ma­r?
Bir şə­yird ki, us­ta­dı­na kəm ba­xa,
Onun göz­lə­ri­nə ağ da­mar-da­mar.

Am­ma olan ol­muş­du. Gə­rək us­ta­dım­la de­yiş­mə­yəy­dim. Dü­nən­dən özü­mə gə­lə bil­mi­rəm.

Ana­xa­nım  əri­nə tə­səl­li, təs­kin­lik ver­di, onu qəm dər­ya­sın­dan çı­xar­ma­ğa ça­lış­dı:

    − Ağ­rın ürə­yi­mə, bur­da nə var ki?! Də­də-ba­ba­dan aşıq­lar de­yi­şib­lər, bi­ri udub, o bi­ri udu­zub. Əvə­zin­də məc­lis xoş ke­çib, dü­yü­nə gə­lən­lər şad­la­nıb­lar. Sən yax­şı ki, qəs­dən uduz­ma­mı­san, de­yər­di­lər ki, us­ta­dı­na ya­rı­nır. İnan Al­la­ha ki, heç Aşıq Alı da bu hə­rə­kə­ti­ni bə­yən­məz­di.

Ana­xa­nım da­nış­dıq­ca Aşıq Ələs­gə­rin üzü, gö­zü gü­lür, əh­va­lı də­yi­şir, ke­fi dü­zə­lir­di...

...Dağ-də­rə, yol-iz ağap­paq qa­ra bü­rün­müş­dü. Uzun, şax­ta­lı, sa­zaq­lı de­kabr ge­cə­si ol­sa da, qar sü­rət­lə əri­yir, am­ma su­ya yox, qıp-qır­mı­zı lax­ta­lı qa­na çev­ri­lir, evin qa­pı­sın­dan, pən­cə­rə­sin­dən içə­ri do­lur, ya­vaş-ya­vaş ya­ta­ğa, yor­ğan-dö­şə­yə ho­pur­du. Aşıq Ələs­gər yu­xu­dan hövl­nak aya­ğa qalx­dı, qa­pı­ya boy­lan­dı. Səs-sə­mir yox­du, sa­kit­lik­di. Boy­nu­nu bə­növ­şə tək bü­küb, əyil­miş qəd­di­ni güc­lə pən­cə­rə­yə söy­kə­yə bil­di, as­ta­dan pı­çıl­da­dı: “Oğ­lum Bə­şir  bir kor gül­lə­nin qur­ba­nı ol­du, in­di kim bi­lir, Si­bi­rin so­yu­ğun­da nə edi­r? Öv­lad əvə­zi qar­da­şım oğ­lu, kü­rə­kə­nim Qur­ban ca­van ya­şın­da dün­ya­nı tərk et­di”.  Qol­la­rı­nı gö­yə qal­dır­dı:

− Ya rəbb, sən öz nə­zə­ri­ni üzə­ri­miz­dən ək­sik et­mə, da­ha bi­zi ağır sı­naq­la­ra çək­mə. Ey, ye­ri, gö­yü Ya­ra­dan uca Tan­rım! Bi­zi hifz ey­lə, ya­şı­mın bu ça­ğın­da dər­bə­dər et­mə!

Dua­nın sə­si­nə Ana­xa­nım da oyan­dı:

− Xe­yir­di­mi, aşı­q?! Bu nə dua­dır, nə dər­­bə­­dər­­lik­­di­­? Ye­nə nə yu­xu gör­mü­sə­n?

−  Xe­yi­rə ox­şa­mır, ar­vad.

Əri­nin yu­xu­la­rı­nın çin ol­du­ğu­nu, hər şe­yi açıq-aş­kar gör­dü­yü­nü bi­lən Ana­xa­nım hə­yə­can­lan­dı:

 − Bir de, gö­rüm, axı nə olu­b?

− Yu­xu­mu qa­rış­dır­mı­şam, Al­lah xey­rə ca­la­sın.

Aşıq Ələs­gə­rin da­nış­maq is­tə­mə­di­yi­ni hiss edən Ana­xa­nım  bu də­fə is­rar et­mə­di, Al­la­ha dua et­mək­lə ki­fa­yət­lən­di...

Göz­lə­ri­nə yu­xu get­mə­di. Sə­hər açı­lar-açıl­maz öv­lad­la­rın­dan, nə­və­lə­rin­dən xə­bər tut­du­lar. Sa­la­mat­lıq­dı. Am­ma Aşıq Ələs­gə­rin ürə­yi na­nə yar­pa­ğı ki­mi əsir, hə­yə­ca­nı ötüş­mür­dü. Gü­nor­ta­ya ya­xın ha­va tu­tul­ma­ğa, qa­rın üs­tü­nə qar yağ­ma­ğa baş­la­dı. Aşıq Ələs­gər pe­çə odun gə­tir­mək üçün hə­yə­tə çıx­dı, odun­lu­ğa ya­xın­laş­mış­dı ki, qa­rı ya­ra-ya­ra təng­nə­fəs dar­va­za­ya  sü­rət­lə ya­xın­la­şan bir nə­fə­ri gör­dü. Adam Aşıq Ələs­gə­ri gör­cək:

− Ağam, ağ­rın alım, adım Qa­far­dır, Qa­ra­qo­yun­lu kən­din­də­nəm. Mə­ni şə­yir­di­niz Aşıq Əsəd gön­də­rib.

Aşıq Ələs­gər qo­na­ğı sa­kit­ləş­dir­mək is­tə­di:

− A ba­la, bir nə­fə­si­ni dər, keç evə, bir stə­kan çay iç, son­ra dər­di­ni söy­lər­sən.

Sa­zaq­dan do­daq­la­rı çat-çat ol­muş  Qa­far güc­lə dil­lən­di:

− Də­də, nə evə keç­mə­yə, nə çay iç­mə­yə vaxt var. Er­mə­ni­lər bi­zi qı­ra-qı­ra gə­lir­lər. Aşıq Əsəd de­di ki, qa­çıb can­la­rı­nı qur­tar­sın­lar. Mü­qa­vi­mət mə­na­sız­dır. Er­mə­ni­lə­rin ha­mı­sı si­lah­lı­dır, yer­li­lər də gəl­mə­lə­rə qo­şu­lub, on­la­ra da si­lah-sur­sat pay­la­nıb. Baş­çı­la­rı ge­ne­ral And­ro­nik de­yib ki, türk­lə­rin ba­la­ca­sı, bö­yü­yü ha­mı­sı qı­rıl­ma­lı­dır. Və­ziy­yət an­ba­an pis­lə­şir. Er­mə­ni­lər kənd­lə­ri vi­ran qo­yur, ev­lə­ri ta­lan edir, mal-qa­ra­nı apa­rır, yurd­la­rı yan­dı­rır, kör­pə­lə­ri doğ­ra­yır, qız­la­rı zor­la­yır, əliya­lın ca­van­la­rı sün­gü­dən ke­çi­rir...

Aşıq Ələs­gər döz­mə­di, göz­lə­ri­nin ya­şı üz-gö­zü­nü is­lat­dı,  əli ilə Qa­fa­ra “sus” işa­rə­si ver­di. Qa­far gəl­di­yi ki­mi də yox ol­du. Aşıq Ələs­gər Ana­xa­nı­ma səs­lən­di:

− Uşaq­la­ra xə­bər elə, at-ara­ba­nı qoş­sun­lar, ar­vad-uşa­ğı gö­tü­rüb Kəl­bə­cər yo­lu­na çıx­sın­lar. Ge­cik­mə­sin­lər, er­mə­ni­lər ça­ta­çat­da­dır­lar. Qar­şı­la­rı­na çı­xa­nı öl­dü­rür­lər. Sən də tez qa­yıt, biz də ha­zır­la­şıb çı­xaq.

Ana­xa­nı­mın “Yu­xun çin ol­du, Al­lah bu zül­mü gö­tür­məz”, − de­yib di­li tit­rə­yə- tit­rə­yə ah-na­lə çək­di, fər­yad qo­par­maq is­tə­yən­də Aşıq Ələs­gər:

− Vaxt itir­mə, de­di, qon­şu­la­ra da im­kan da­xi­lin­də xə­bər edək, − de­di.

Aşıq Ələs­gər evə gir­di, otaq­la­rı bir-bir nə­zər sal­dı, də­rin­dən köks ötür­dü, qa­lın pal-pal­ta­rı­nı, di­var­dan asıl­mış sa­zı alıb ba­yı­ra çıx­dı. Töv­lə­yə get­di, mal-qa­ra­nı, qo­yun- qu­zu­nu is­ti pe­yə­dən çı­xar­dı. Bu ara­da öv­lad­la­rı təş­viş için­də gəl­di­lər. Oğ­lu Aşıq Ta­lıb nə isə de­mək is­tə­yir­di ki, Aşıq Ələs­gər im­kan ver­mə­di:

− Vaxt yox­du, çı­xı­rıq, it­lə­rin zən­ci­ri­ni ara­ba­ya bağ­la­yın, ələ ke­çən to­yuq-cü­cə­dən ki­sə­yə yı­ğın. Qa­ran­lıq qa­rış­ma­mış tez yo­la dü­şək, − de­di...

Pal­çıq­lı kənd yo­lun­da iy­nə at­say­dın, ye­rə düş­məz­di. Er­mə­ni vəh­şi­li­yin­dən xi­las ol­maq is­tə­yən sa­kin­lə­rin sə­si-kü­yü bir-bi­ri­nə qa­rış­mış­dır. Ağız de­yə­ni qu­laq eşit­mir­di. Ki­mi qış­qı­rır, ki­mi ağ­la­yır, ki­mi za­rı­yır, ki­mi qar­ğış edir, ha­mı tə­lə­sir, kənd­dən bir an tez çıx­maq is­tə­yir­di. Xəs­tə­lər, qo­ca­lar, ha­mi­lə qa­dın­lar qa­rı ya­ra-ya­ra, cı­ğı­rı, izi ol­ma­yan dağ ya­mac­la­rı­nı, də­rə­lə­ri, sal-sıl­dı­rım qa­ya­la­rı aşa­raq üzü Kəl­bə­cə­rə tə­rəf  axı­şır­dı. Şax­ta qı­lınc ki­mi kə­sir, so­yuq ili­yə iş­lə­yir­di. Ya­rı yol­da qa­lan­la­rın, do­nan­la­rın, ta­qət­siz hal­da qa­rın üzə­rin­də uza­nıb qa­lan­la­rın sa­yı-he­sa­bı yox idi. Heç kim heç kim­dən yar­dım um­mur­du, heç ki­min də kim­sə­yə kö­mək et­mək gü­cü yox idi. At, eş­şək ara­ba­la­rı ya sü­rü­şüb də­rə­nin di­bi­nə yu­var­la­nır, ya da hey­van­lar hey­dən dü­şüb çök otu­rur­du­lar. Saç-saq­qa­lı ağar­mış  Aşıq Ələs­gər elə bil ki, bir ge­cə­nin için­də da­ha yüz yaş qo­cal­mış­dı. Çiy­nin­də­ki sa­zı güc­lə apa­rır, ara-sı­ra yan-yö­rə­si­nə nə­zər sa­lır, öv­lad­la­rı­na, nə­və­lə­ri­nə diq­qət ye­tir­di.  Qə­fil­dən beş-al­tı adam da­yan­dı, ki­min­sə na­lə­si da­ğı-da­şı tit­rət­di.  Aşıq Ələs­gər on­la­ra ya­xın­laş­dı.  Adam­lar or­ta­da do­nub qa­lan, can ver­mək­də olan bir nə­fə­ri əha­tə­yə al­mış­dı. Aşıq Ələs­gər diq­qət­lə ba­xan­da  yer­də hey­siz uza­nıb qal­mış  Səh­nə­ba­nı­nı ta­nı­dı. Əy­nin­də­ki ya­pın­cı­nı onun üs­tü­nə ört­mək is­tə­yən­də kim­sə, “Gec­dir, aşıq, o ar­tıq ke­çi­nib­dir”, − de­di. Aşıq Ələs­gər ilk mə­həb­bə­ti­nin can­sız, don­muş, qu­ru çu­bu­ğa dön­müş bar­maq­la­rı­na, son­ra sa­zaq­dan ca­dar-ca­dar ol­muş ya­naq­la­rı­na to­xun­du. İx­ti­yar qo­ca­nın gö­zün­dən iki yaş dam­la­sı göy­də don­du, Səh­nə­ba­nı­nın şa­lı­nın üs­tü­nə düş­dü.  Bu,  Ana­xa­nı­mın nə­zə­rin­dən qaç­ma­dı, o da köv­rəl­di, ba­şı­nı aşa­ğı sal­la­dı.  Aşıq Ana­xa­nı­ma  “Siz uşaq­lar­la da­vam edin, mən gə­lib si­zə ça­ta­ram”, − de­di. Ana­xa­nım “Bir­gə ge­də­rik”, − de­yən­də Aşıq Ələs­gər inad et­mə­di. Ya­nın­da­kı­la­ra dön­dü. “Nə et­mək fik­rin­də­si­ni­z?”. Səh­nə­ba­nı­nın im­kan­lı qo­hum­la­rın­dan bi­ri dil­lən­di: “Özü­müz­lə apar­maq çə­tin olar. Ara­ba­da lo­pat­ka var. Qə­bir qa­zaq, bu­ra­da dəfn edək”, −  de­di. Ha­mı ra­zı­laş­dı. Çox çə­tin­lik­lə da­ğın ya­ma­cın­da bir qə­bir qaz­dı­lar, Səh­nə­ba­nı­nı ora­da dəfn edib, ay­rıl­dı­lar. Aşıq Ələs­gər qə­bi­rin üzə­rin­də­ki qar­lı tor­pa­ğa əli­ni sür­tə­rək ora­dan uzaq­laş­dı...

Aşıq Ələs­gər in­di min bir əziy­yət­lə ad­dım­la­dı­ğı dağ­la­rın şə­ni­nə vax­tı ilə söy­lə­di­yi qoş­ma­lar­dan bi­ri­nin iki bən­di­ni zor­la züm­zü­mə et­di:

Ba­har fəs­li, yaz ay­la­rı gə­lən­də,

Sü­sən­li, sün­bül­lü, la­la­lı dağ­lar,

Yox­su­lu, ər­ba­bı, şa­hı, gə­da­nı,

Tut­maz bir-bi­rin­dən ara­lı dağ­lar.

Ağ xə­lət bü­rü­nər, zər­ni­şan gey­məz,
Heç kə­si din­di­rib key­fi­nə dəy­məz,
Sər­da­ra söz de­məz, şa­ha baş əy­məz,
Qüd­rət­dən sən­gər­li, qa­la­lı dağ­lar.

Də­rin­dən köks ötür­dü, do­lux­sun­du, da­yan­dı. Ana­xa­nım hə­yə­can­lan­dı:  “Aşıq, nə ol­du, yo­rul­dun, na­ra­hat­sa­n?”. Aşıq Ələs­gər ba­şı ilə “yox” de­yib, ar­­xa­­ya­­ − Ağ­kil­sə­yə boy­lan­dı:

Ha­nı mən gör­dü­yüm qur­ğu-bü­sat­lar!?
Dərd­mənd­lər gör­sə, tez bağ­rı çat­lar;
Mə­ləş­mir sü­rü­lər, kiş­nəş­mir at­lar,
Ni­yə pə­ri­şan­dı hal­la­rın, dağ­la­r?!

Ha­nı bu yay­laq­da yay­la­yan el­lər!?
Gö­rən­də gö­züm­dən car ol­du sel­lər.
Seyr et­mir kök­sün­də tür­fə gö­zəl­lər,
San­cıl­mır bu­xa­ğa gül­lə­rin, dağ­lar!
Ha­nı mərd iyid­lər, boş qa­lıb yur­du!?'
Sə­xa­vət­də El­dar nur-alə-nur­du.
Er­kək kə­sib, ağır məc­lis qu­rur­du,
Şü­lən çə­ki­lir­di mal­la­rın, dağ­lar!

Hə­sən­nə­nə, Hə­sən­ba­ba qo­şa­dı,
Xaş­bu­laq yay­la­ğı xoş ta­ma­şa­dı.
Ar­sız aşıq el­siz ni­yə ya­şa­dı,
Öl­sün Ələs­gər­tək qul­la­rın, dağ­lar!

Aşıq Ələs­gər­lə Ana­xa­nım dəs­tə­dən xey­li ge­ri qa­lır­dı. Nə­və­lə­rin­dən iki­si ge­ri qa­yı­dıb on­la­rın qo­lu­na gir­di, dəs­tə­yə çat­maq üçün tə­ləs­dir­di.   

Uzun, əzab­lı yol­lar bit­mək bil­mir­di. Sağ qa­lan­lar sə­hə­rin ala-to­ra­nın­da Kəl­bə­cə­rin ya­xın kənd­lə­ri­nə güc-bə­la öz­lə­ri­ni çat­dır­dı­lar. Kənd sa­kin­lə­ri soy­daş­la­rı­nı tə­laş­la, ağ­laş­la qar­şı­la­yır, yer­ləş­di­rir, çay-çö­rək ve­rir, is­ti yor­ğan dö­şək­lə tə­min edir­di­lər. Sə­hər-açı­lar-açıl­maz di­dər­gin­lər kən­din mey­da­nı­na top­laş­dı­lar.  “Kim var, kim yox”, “Kim öl­dü, kim qal­dı”, “Ki­min ma­lı-qa­ra­sı, ke­çi­si, qo­yun-qu­zu­su, at-eş­şə­yi  sağ-sa­la­mat gəl­di, ki­min­ki qur­da-qu­şa qis­mət ol­du” ki­mi su­al­la­ra ca­vab ax­ta­rıl­ma­ğa baş­la­nıl­dı. Bü­tün su­al­la­ra az-çox ca­vab ve­ril­di, tək bir su­al­dan baş­qa: “Kim­sə­siz, qo­ca­lıb əl­dən düş­müş, gün­lə­ri­ni say­maq­da olan aşıq Ço­ban Mə­hi­ni kim gör­­dü­­?” Vax­tı ilə kən­din, el-oba­nın şən­lik­lə­rin­də sa­zı, sö­zü ilə mey­dan su­la­yan Aşıq Mə­hi­nin yox­lu­ğu Aşıq Ələs­gə­rə ra­hat­lıq ver­mir­di.  Gü­nəş qa­ra, par­ça­lı bu­lud­la­rın ara­sın­dan ölə­zə­yən şüa­la­rı­nı dağ­la­rın ar­xa­sın­da  giz­lə­yən­də Aşıq Ələs­gər nə­və­lə­rin­dən boy-bu­xun­lu­su­nu, cə­su­ru­nu, Ağ­kil­sə­nin da­ha iki nə­fər cüs­sə­li gən­ci ya­nı­na ça­ğır­dı:

− Siz ge­cə ilə kən­də qa­yı­dın. Eh­ti­yat­lı olun. Hər an qar­şı­nı­za si­lah­lı er­mə­ni qul­dur çı­xa bi­lər. Aşıq Mə­hi­dən bir xə­bər gə­ti­rin. Öl­dü, qal­dı, qur­da, qu­şa yem ol­du, bi­lək! O dün­ya­ya ni­ga­ran get­mə­yim”, −  de­yib nəm­li göz­lə­ri­ni giz­lət­di. Ağ­kil­sə­li igid­lər ge­cə ikən yo­la dü­zəl­di­lər...

... Ağ­kil­sə­nin  mər­kə­zin­də­ki XI­II əsr­də bər­pa olun­muş al­ban­la­ra məx­sus mo­nastr­da er­mə­ni qa­til­lər dinc, si­lah­sız əha­li üzə­rin­də­ki “qə­lə­bə­ni” bay­ram edir­di­lər. Şə­rab­dan məst olan er­mə­ni qul­dur­lar qa­rət et­dik­lə­ri qə­ni­mə­ti bö­lü­şür, sü­də­mər uşaq­la­rı doğ­ra­dıq­la­rı­nı, qo­ca­la­rın be­li­nə qay­nar sa­mo­va­rı bağ­la­yıb sür­dük­lə­ri­ni, ha­mi­lə qa­dı­nın bət­ni­ni sün­gü ilə ya­rıb kör­pə­ni ba­yı­ra at­dıq­la­rı­nı fə­xa­rət­lə bir-bi­ri­nə nəql edir­di­lər. Qa­til And­ro­ni­kin kö­mək­çi­si qa­ni­çən Sum­ba­tın qə­fil­dən içə­ri gir­mə­si ilə kil­sə­də səs­siz­lik ya­ran­dı. Sum­bat ağ­zı kö­pük­lə­nə-kö­pük­lə­nə kö­nül­lü­lə­ri və And­ro­ni­kin əm­ri ilə on­la­ra ko­man­dan­lıq edən Te­van və Tar­xan qul­dur­ba­şı­la­rı sa­lam­la­dı,  Göy­çə ma­ha­lın­da tez­lik­lə türk­lə­rin kö­kü­nün kə­si­lə­cə­yi­ni bil­dir­di. Mə­lu­mat ver­di ki, son bir ne­çə gün­də  Ağ­kil­sə də da­xil  Daş­kənd, Qo­şa­bu­laq, Sa­rı­ya­qub, Baş Şor­ca, Aşa­ğı Şor­ca, So­ğan­qu­lu-ağa­lı, , Zod, Qu­lu, Ağa­lı, Bö­yük Qa­ra­qo­yun­lu, Ki­çik Qa­ra­qo­yun­lu, Zər­zi­bil, Əd­li, İnək­dağ, Qa­ra­man, Kə­sə­mən, Baş­kənd, Ba­la Məz­rə, Şiş­qa­ya, Baş Ha­cı, Qə­rib­qa­ya kənd­lə­ri ələ ke­çi­ril­miş, sa­kin­lə­ri qətl edil­miş, sağ qa­lan türk­lər də bü­tün ma­lı, döv­lə­ti baş­lı-ba­şı­na bu­ra­xıb qaç­mış­dır. Bü­tün bu var-döv­lət bi­zə qal­mış­dır. Sum­bat qul­dur si­lah­daş­la­rı­na And­ro­ni­kin xü­su­si tap­şı­rı­ğı­nı da çat­dır­dı: “Ağ­kil­sə­də bir ev, bir nə­fər sağ  qal­ma­ma­lı­dır, ha­mı­sı­nı yan­dı­rın, türk­lər bu­ra­la­rı yad­dan çı­xar­sın­lar, ge­ri qa­yıt­ma­ğı ağıl­la­rın­dan be­lə ke­çir­mə­sin­lər.” Sum­bat son­ra əla­və et­di: “Mil­li qəh­rə­ma­nı­mı­zın tap­şı­rı­ğı bi­zim üçün mü­qəd­dəs­dir Odur ki, vaxt itir­mə­dən kən­di bir də yox­la­yın, yan­dı­rıl­ma­yan ev,  dax­ma be­lə var­sa, kü­lü­nü gö­yə so­vu­run. Hər ye­ri diq­qət­lə yox­la­yın, bir nə­fər türk gör­sə­niz, dər­hal öl­dü­rün”.

Qul­dur­lar it sü­rü­sü ki­mi kil­sə­dən çı­xıb dəs­tə­lə­rə bö­lün­dü­lər və “əmə­liy­ya­ta” baş­la­dı­lar. Kən­din üs­tü­nü ye­ni­dən tüs­tü du­ma­nı bü­rü­dü. Te­va­nın dəs­tə­sin­dən Mkrtıç se­vin­cək ba­ğır­dı: “Bur­da bir kaf­ta­ra ox­şa­yan türk var”. Dəs­tə üzv­lə­ri evə so­xul­du­lar. So­yuq­dan tir-tir tit­rə­yən qo­ca can üs­tə idi. Sa­zı­nı qu­caq­la­yıb uza­nan­mış­dı. Sər­xoş er­mə­ni­lər sa­za işa­rə vu­rub “özü ilə go­ra apa­ra­caq”, − de­yib  qəhqə­hə ilə qo­ca­nı ələ sa­lır, za­ra­fat­la­şır­dı­lar. Te­van mau­ze­ri­ni çı­xar­dı, nə fi­kir­ləş­di­sə, atəş aç­ma­dı, si­la­hı qo­bu­ru­na qoy­du. Onu tə­əc­cüb­lə ba­xan dəs­tə üzv­lə­ri­nə: “Gül­lə vur­sam, tür­kə yax­şı­lıq olar. Qoy əzab­la ca­nı çıx­sın”, −  de­di və otaq­dan çıx­dı. Di­gər qul­dur­lar da onu mü­şa­yi­ət et­mə­yə baş­la­dı­lar.

Er­mə­ni qul­dur dəs­tə­lə­ri bir ne­çə sa­at­dan son­ra kil­sə­də ye­ni­dən yı­ğış­dı­lar və Sum­ba­ta he­sa­bat ver­mə­yə baş­la­dı­lar Əv­vəl­cə, Ağ­kil­sə­nin yu­xa­rı mə­həl­lə­lə­rin­də qul­dur­luq edən  Tar­xan dil­lən­di: “Nə­in­ki bü­tün ev­lər, iri­li-xır­da­lı bü­tün ti­ki­li­lər də yan­dı­rıl­dı, kənd­də bir nə­fər türk də qal­ma­dı”.  Son­ra Te­van he­sa­bat ver­di: “Aşa­ğı mə­həl­lə­də də dik dam qal­ma­dı.” Son­ra iri­şə-iri­şə əla­və et­di: “Am­ma bir qo­ca kaf­tar qal­mış­dı, can ve­rir­di”. Sum­bat tə­əc­cüb­lə “Onu ni­yə öl­dür­mə­di­ni­z?” − so­ruş­du. Te­van ey­ni tərz­də hı­rıl­da­ya­raq da­vam et­di: “O kaf­tar, sa­zı­nı qu­caq­la­yıb o dün­ya­ya ge­dir­di. To­xun­ma­dıq!”.  Sum­ba­tın do­nuz si­fə­ti lap ey­bə­cər hal al­dı, də­li ki­mi ba­ğır­dı: “Ne­cə yə­ni, tür­kü öl­dür­mə­di­niz, sa­zı­nı yan­dır­ma­dı­nız!? Özü cə­hən­nəm, bəs sa­zı­nı ni­yə çi­lik-çi­lik et­mə­di­ni­z?! Bil­mir­si­niz ki, saz türk­lə­rin di­ri­lik su­yu­dur, ru­hu­dur, ca­nı­dır, qa­nı­dır, qü­ru­ru, əzə­mə­ti, yad­da­şı­dır, ta­ri­xi­dir. Onu yan­dır­maq, kü­lü­nü gö­yə so­vur­maq la­zım­dır! Bu, And­ro­nik pa­şa­nın əm­ri­dir. Dər­hal ge­din, əm­ri ye­ri­nə ye­ti­rin”. Te­van qul­dur dəs­tə­si ilə kil­sə­dən çıx­dı...

...Ağ­kil­sə­li gənc­lər ge­cə­nin zül­mə­tin­də kən­də gir­di­lər. Hər ya­nı tüs­tü, du­man bü­rü­müş­dü. Bi­ri as­ta­dan pı­çıl­da­dı: “Nan­kor­lar ev­lə­rin ha­mı­sı­nı yan­dı­rıb­lar”. O bi­ri “Qi­sas qi­ya­mə­tə qal­maz”, − de­di. On­lar Aşıq Mə­hi­nin di­var­la­rı tüs­tü­lə­nən ki­çik evi­ni az qa­la gö­zü­yu­mu­lu tap­dı­lar. İx­ti­ya­rın sa­zı bağ­rı­na bas­mış cə­sə­di  dam­sız evin or­ta­sın­da qal­mış­dı. Gənc­lər­dən bi­ri Aşıq Mə­hi­nin  mü­qəv­va­ya dön­müş bə­də­ni­ni yor­ğa­nı­na bü­küb be­li­nə al­dı, di­gə­ri sa­zı köy­nə­yi­nə yer­ləş­dir­di, vaxt itir­mə­dən hə­yət­dən çıx­dı­lar...ta­nış cı­ğır­lar­la  kənd­dən uzaq­laş­dı­lar...

Te­va­nın qa­na su­sa­mış dəs­tə­si Aşıq Mə­hi­nin evi­nə gi­rən­də göz­lə­ri­nə inan­ma­dı­lar. Nə qo­ca, nə də sa­zı var­dı. Te­van: “Bu ola bil­məz. Bəl­kə evi səhv sal­mı­şıq”. Ət­ra­fa boy­lan­dı: “Yox, yox, hə­min ev­dir. Aman Al­la­hım bu ne­cə ola bi­lər. Axı, o gə­bər­miş­di”. Tez dəs­tə üzv­lə­ri­nə əmr et­di: “Ət­ra­fı ax­ta­rın, o uza­ğa ge­də bil­məz”. Dəs­tə­də­ki­lər hə­yət-ba­ca­nı tu­la ki­mi iy­lə­mə­yə baş­la­dı­lar. Hə­yət­dən çıx­dı­lar, ət­ra­fı ələk-və­lək et­di­lər. Qo­ca ta­pıl­ma­dı. Kor-peş­man kil­sə­yə qa­yıt­dı­lar. Te­van tit­rə­yə-tit­rə­yə, di­li to­puq vu­ra-vu­ra az göz­lə­ri hə­də­qə­sin­dən çıx­mış Sum­ba­ta Aşı­ğın evin­də gör­dük­lə­ri­ni an­lat­dı. Sum­bat qu­dur­muş it ki­mi hər kə­si par­ça­la­ma­ğa ha­zır gör­kəm al­dı. Əli­ni gö­yə qal­dı­rıb ba­şı­na, son­ra da ba­şı­nı kil­sə­nin di­va­rı­na çırp­dı: “Lə­nət ol­sun, si­zə, ney­nə­di­ni­z? Heç, bi­lir­si­niz­mi, ney­lə­di­ni­z?. Sa­zı əl­dən ver­di­niz, saz get­di. Saz get­di­sə...” Sum­ba­tın ba­ğır­tı­sın­dan qu­laq tu­tu­lur­du: “Saz get­di­sə, türk­lər onun­la bir yer­də qa­yı­da­caq­lar”.  Bu dəfə “qayıdacaqlar” kəlməsi qədim alban məbədinin divarlarından daha gurultulu ilə ətrafa yayılır, dayanmaq bimirdi. Sum­bat və quldur dəstəsinin üzvləri vahimə, təşviş içində  vurnuxur, qorxudan bir-birinə sığınırdılar. Sumbat   hön­kür­tü ilə ağ­la­yıb di­zi üs­tə ye­rə çök­dü, “qayıdacaqlar” sözünü eşitməmək üçün əl­lə­ri ilə qu­laq­la­rı­nı qa­pa­dı. Amma səs azalmır, əksinə  şiddətlənir, daha qorxunc səslənirdi. O, özünü bayıra atdı. Səs kəsilmək əvəzinə daha da güclənir, dözülməz olurdu. Bu za­man Sumbata  elə gəlir­di ki, ağ ör­pə­yə bü­rün­müş dağ­lar, göy­də­ki qa­ra, par­ça­lı bu­lud­lar, ağacların sazaqlı budaqları, buz bağlamış bulaqlar, çaylar, cığırlar, yollar da... ət­raf­da nə var­sa, ha­mı­sı bir ağız­dan, uca­dan: “Qa­yı­da­caq­lar, qa­yı­da­caq­lar, qa­yı­da­caq­lar” −  söy­lə­yir. Dəli olmaq həddinə çatan Sumbatın qulağına uzaqdan, dağların arxasından bir səs də gəldi: saz səsi. O, qeyri-ixtiyari səsləndi: “Qayıdacaqlar, gec-tez qayıdacaqlar, özü də sazla qayıdacaqlar!”. 

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see156

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri