Qayıdış hüququ ndan dəm vuran Artak Beqleryan özünü ifşa etdi,
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ermənistan Respublikasının ləyaqətli vətəndaşı kimi mən Milli Təhlükəsizlik Xidmətinin və Cinayət Axtarış Departamentinin bu işdən əl çəkməsini tələb edirəm"
Bu barədə tarixin zibilliyinə atılmış qondarma "DQR"-in keçmiş "ombudsman"ı və "dövlət naziri" Artak Beqleryan açıqlama verib. O, bu açıqlamanı Ermənistanda İrəvanda səsləndirlən "Qarabağ" mahnısına görə açılmış cinayət işinə görə barəsində istintaq aparılan Qərib Babayanı müdafiə etmək üçün verib.
Artak Beqleryan "DQR"-in likvidasiyasından sonra Azərbaycanın suveren ərazilərini könüllü tərk etmiş erməni mənşəli şəxslərin "qayıdış hüquqları" ilə bağlı tumanını başına keçirənlərdəndir. O, Ermənistanda və xaricdə toplantılara qatılaraq "120 min məzlum"un Azərbaycan tərəfindən haqlarının tapdağını iddia edir və özünü də "qaçqın" adlandırmaqdan çəkinmir. Lakin verdiyi açıqlamadan da gördüyünüz kimi, o, Ermənistan vətəndaşıdır. Heç bir insan vətəndaşı olduğu ölkədə "qaçqın" sayıla bilməz. Qayıdış hüququ isə beynəlxalq konvensiyalara əsasən məhz qaçqınlara verilən hüquqdur. Belə bir hüquqa sahib olmayan Artak Beqleryan və onun kimi faşist zehniyyətli təxribatçıların anti-Azərbaycan fəaliyyəti isə gec-tez beləcə ifşa olunmağa məhkumdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 03 Fevral 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















